İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlardan, təhqiramiz ifadələr işlədənlərdən biri Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb.
Bu barədə mətbuatın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. BŞBPİ sözçüsü deyib ki, iddialar həqiqəti əks etdirmir:
“O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb.
İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.
***
Elvin Süleymanlının Yasamaldakı əməliyyat zamanı saxlanılaraq təzyiqə məruz qalması ilə bağlı iddialarına münasibət bildirilib.
Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, Elvin Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılır.


Şərhlər
Bəs çəkilmiş videoda polislərin təpik və yumruqla döydükləri kimlərdir?Bəlkə bunu təsdiqləyəsiniz.Axı milyonlar bunu görüb.Yenə yalan!
doğrudan? nə yaxşı
"haqqın keşiyində duran Azərbaycan polislərinin əksəriyyəti "mələk"dir. Onlar insan döyər heç?(((((