“RUSİYA NATO-ya 60 SAAT ƏRZİNDƏ QALİB GƏLƏ BİLƏRDİ...” – “Amma Trampdan sonra bunu daha tez edə bilər”

Rusiya 2014-cü ildə Krımı və Donbası işğal etdikdən sonra Qərb Moskvanın gələcək planlarının Pribaltika ilə bağlı olduğu qənaətinə gəlmişdi. Elə bu səbəbdən də NATO həm Pribaltika və həm də Şərqi Avropa ölkələrinə müəyyən hərbi birləşmələr yolladı. Lakin analitiklərin fikrinə görə, bu hərbi kontingentin sayı az olduğundan, onlar Rusiyanın ehtimal edilən təcavüzünün qarşısını almaqda yetərsiz olacaq. Artıq bir neçə ildir ki, bu məsələ ətrafında qızğın müzakirələr gedir.

Donald Tramp prezident seçildikdən sonra NATO-nun güclənməsinin vacibliyini önə çəkməyə başladı. Bununla yanaşı Tramp bildirir ki, NATO ölkələri öz üzərlərinə düşən maliyyə öhdəliyini yerinə yetirmirlər. Məlum olduğu kimi, koronavirus epidemiyası ilə əlaqədar Amerika iqtisadiyyatı xeyli dərəcədə daralıb. Bu isə öz növbəsində Pentaqonun xərclərində korreksiya aparılmasına yol açacaq. Bəs, hansı formada? Məsələn, ABŞ rəhbərliyi bildirir ki, dünyadakı bəzi silahlı kontingentlərini ixtisara salacaqlar. Ancaq çox güman ki, bu, geostrateji maraqlara xələl gətirilməməsi şərtilə həyata keçiriləcək.

Son məlumatlara görə Donald Tramp Amerikanın Almaniyadakı əsgərlərinin sayını azaltmaq qərarına gəlib. Artıq siyasi və hərbi ekspertlər bu addımın perspektivdə hansı nəticələrə gətirib çıxaracağı barədə müxtəlif fikirlər irəli sürürlər. Pribaltika ölkələrinin müdafiəsi ilə bağlı məsələ isə daha çox narahatlıq doğurur.

“AzPolitika.info” xəbər verir ki, sözügedən mövzuyla əlaqədar ABŞ-ın “Forbes” portalı “Trampa qədər Rusiya NATO-ya 60 saat ərzində qalib gələ bilərdi, amma indi bunu daha tez edə bilər” başlıqlı məqaləsində mümkün hərbi təcavüz qarşısında Baltik dövlətlərinin necə kövrək və zəif durumda olması məsələsinə toxunub.

Həmin məqaləni diqqətinizə çatdırırıq: ”ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə apardığı telefon danışığından dörd gün sonra mətbuatda belə bir xəbər yayıldı ki, Tramp Almaniyadakı Amerikan qoşunlarını azaltmağı planlaşdırır. Amerika Birləşmiş Ştatlarının Avropa komandanlığı (USEUCOM) altında 34 500 əsgər, dənizçi və dəniz piyadaları xidmət göstərir. Daimi dislokasiya mövqeyində dayanmış hərbçilərin sayının 9500 nəfər azaldılması Rusiyaya qarşı müdafiə qabiliyyətini xeyli ölçüdə təhlükəyə atır.

Analitiklər xəbərdarlıq edirlər ki, Rusiyanın Qərbə doğru ehtimal edilən hücumu NATO-nun şərq cinahına tuşlanıb. Çünki müttəfiqlərin quru qoşunlarının ən zəif yeri məhz buradadır. Bütün Pribaltikanın - Estoniya, Latviya və Litvanın mövqeyi çox kövrəkdir.

Hələlik Trampın ixtisar əməliyyatının təfərrüatları tam aydın deyil. Həm də “USEUCOM” hərbi dəstələrinin azaldılması proseduru da bəlli deyil. Lakin bir şey yaxşı aydındır ki, ABŞ silahlı qüvvələrinin Avropada ixtisara düşməsi NATO-nun müdafiə imkanlarını zəiflədəcək. ”The New York Times” qəzetinin məlumatına görə, ABŞ komandanlığı Trampın bu qərarından heyrətlənib. Amerika ordusu Avropanı Sovet İttifaqından və daha sonra isə Rusiyadan müdafiə edib. “Soyuq müharibə”dən sonrakı dövrdə silahlı qüvvələrin sayı kəskin şəkildə azaldıldı və artıq 2012-ci ildə ABŞ-ın Avropada ikisi tank briqadası olmaqla, yalnız dörd briqadası vardı.

Barak Obama administrasiyası 2011-ci ildə dövlət borcunun yüksək həddi ilə bağlı Konqreslə mübahisə apardıqdan sonra Avropada yer alan iki tank briqadasını ixtisar etmək qərarına gəlmişdi. 2011-ci ildə Avropada yerləşən quru qoşunlarındakı əsgərlərin sayı 40.000 nəfər idisə, artıq 2014-cü ildə bu say 25.000 nəfərə düşmüşdü.

Obamanın ixtisarlarından sonra ABŞ-ın Avropadakı yeganə mexanikləşmiş hərbi birləşməsi 300 ədəd təkərli “Stryker” maşınlarına malik polkudur. Bundan başqa, qitədə 173-cü hava-desant briqdası qalıb.

2014-cu ildə Rusiya Ukraynaya soxuldu. Buna cavab tədbiri kimi Pentaqon Avropada öz gücünü bərpa etməyə çalışdı. Obama administrasiyası önləyici tədbirlər adı altında Avropada müvəqqəti qoşun hissələri yerləşdirilməsi məqsədilə milyardlarla dollar vəsait ayırdı. ABŞ ordusu 18 raket qurğusu daşıyan tırtıllı texnikaya malik iki batalyonu Avropaya qaytardı.

Həmçinin, quru qoşunları da doqquz aylıq rotasiya qaydasında zirehli tank briqadaları şəkilndə Avropaya yerləşdilər. Tipik zirehli tank briqadasında 90 ədəd “M-1 Abrams” tankı, 130 ədəd “M-2 Bradley” döyüş maşını və 18 ədəd “M-109” haubitsası yer alır.

Hələ 2014-cü ildə Kaliforniyadakı “RAND Corporation” analitik mərkəzi bildirirdi ki, ABŞ və NATO-nun Avropaya əlavə güclər yerləşdirməsinə baxmayaraq, NATO Rusiyanın Pribaltikaya edəcəyi qəfil hücumun qarşısını ala biləcək qabiliyyətdə deyil.

Rusiya NATO üzvü olan Pribaltika ölkələrilə yaxın sərhəd rayonlarında 750 tank və 25 batalyondan ibarət böyük hərbi kontingent saxlayır. Bu regionda NATO ölkələrinin ümumilikdə 15 batalyonu və təxminən 130 tankı var ki, onun da 90 ədədi müvəqqəti rotasiyada olan ABŞ-ın “M-1 Abrams” tanklarıdır.

2016-cı ildə “RAND Corporation” Rusiyanın Pribaltika ölkələrinə ehtimal edilən hərbi müdaxiləsini modelləşdirmişdi. Həmin müdaxilə ssenarisinə görə, Rusiya yüngül güc tətbiq etməklə, NATO silahlı qüvvələrini əzir. Buna cavab olaraq alyans vertolyotlar və hərbi hava qoşunlarını işə salır, lakin NATO tankları hədsiz ləng hərəkət etdiyindən, döyüş mövqeyinə lazımı vaxtda gəlib çıxa bilmirlər.

“RAND Corporation” modelləşdirməni belə izah edib: ”Məhz Rusiyanın analoji güclərinin hücumunun qarşısını alacaq, onlara daha səmərəli əks-hücum zərbəsi vuracaq zirehli tank birləşmələri gecikir. NATO-nun havadakı üstünlüyünə baxmayaraq, alyans Rusiya tanklarının irəliləməsini dayandıra bilmir. Ona görə də Rusiya güclərinin Tallin və Riqaya gəlib çatmaları maksimum 60 saat çəkər”. Beləliklə, Rusiya Sovet İttifaqı zamanındakı bir dövlətə çevrilər.

“RAND Corporation”–un gəldiyi qənaətə görə, Baltik ölkələrinin səmərəli qorunması üçün NATO bu regiondakı müdafiə gücünü təxminən daha 15 batalyon artırmalı və Rusiya tankları ilə mübarizə aparmaqdan ötrü regiona əlavə ağır texnika gətirməlidir.

“RAND Corporation” qeyd edir: “Düzdür, önləyici güclərə xeyli maliyyə vəsaiti gərəkdir, lakin bu məsrəflərin öhdəsindən gəlmək mümkünsüz də deyil”.

Deməli, belə görünür ki, ABŞ ordusu Avropadakı siahlı qüvvələrini artırmaq əvəzinə Trampın rəhbərliyi altında onların sayını azaltmaq niyyətindədir. Bundan sonra NATO-nun Avropanın şərqindəki üzvləri daha zəif mövqedə olacaqlar. Əgər Avropadakı ABŞ hərbi kontingenti azaldılarsa, onda Pribaltikanı ələ keçirmək üçün Rusiyaya 60 saat yox, daha az müddət lazım gələcək”.

“AzPolitika.info”

635x100

Şərhlər

De-Fakto 2020-06-13 09:52:30

1965dən xaricə, 1988dən daşnağa da işləyən Kreml RFdən çox onlara çalışır!

Səlim. 2020-06-12 23:54:14

Rusiya güclüdür. Amma... Əmması var. 60 saata nəinki Pribaltika dövlətlərini, hətta Almaniya sərhədlərinə qədər gedib çıxa bilər. Bəs sonra? Sonrasınıda fikirləşmək lazımdır. Ona elə bir embarqo qoyarlar ki, özü parçalanıb dağılar. Bütün Rusiya milyarderlərinin, məmurlarının əmlakı, pulu Avropa, Amerikadadır. Özləri bir birlərini parçalıyar. Bir də ki, iqtisadı sıxıntılara görə ruslar bir çox hərbi proyektlərı həyata keçirə bilmirlər. SU 57, Armata tankı və. s. Əldə olan texnikanında coxu köhnədir. Modernizasiya olunmalıdır. 20-24 min tankdan yalnız 8-10 mini döyüş qabiliyyətlidir, qalanları köhnə, yararsız vəziyyətdədir. Bir nüvə silahıynan iş qurtarmır. Qarşı tərəfdə də bu silahdan var. Nəticəni və sonranı fikrləşmək lazımdır.

Azər 2020-06-11 17:20:13

Rusiya 3 ilə yaxın (iki savaş birlikdə) bir müddətdə Çeçen Respublikasına qalib gələ bilmədi, 2sutka yarıma ABŞ-a qalib gələcək? Cəfəngiyyat...

Bəli DA 2020-06-11 13:09:32

RF sutkaya NATOnu məhv edər. Ordu da Kreml qoysa 2016da DQMV alardı?

anti-siyasətçi 2020-06-11 12:59:56

Tramp artıq kəşfiyyat dostu ilə dəyənəksiz mümkün olmadığını duyub.

Əli 2020-06-11 11:43:27

yazı nağıldır, Rusiya NATO dövlətləri qabağında güc deyil. Yazı rusları şirnikləndirib tələyə salmaq üçündür.

Sənan 2020-06-11 11:13:05

Cəfəngiyyatdir. Rusiya 60 saata ancaq paxmeldən ayila bilər

ALI 2020-06-11 10:31:14

Hörmətli məqalə müəllifi ....

t.ədalət 2020-06-10 20:50:19

Heç bir infilyasiya NATO-ya ayrılan maliyyə vəsaitinə təsir edə bilməz.Yadda saxlamaq lazımdır ki,dünyanın bir nğmrəli pulunun-dolların "istehsalçısı" ABŞ-dır.

Son yazılar