Menu

Ramiz Mehdiyev AMEA-da iki yeni mərkəz yaratdı

10.06.2020, 22:24
Ramiz Mehdiyev AMEA-da iki yeni mərkəz yaratdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağı keçirilib. "Report" xəbər verir ki, iclasda bir sıra elmi-təşkilati məsələlərə də baxılıb.

İclasda AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin yaradılması, akademiyanın Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması, AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Şərhlər

Əhatəsizliyin kökü? 2020-06-11 12:26:06

Hər sahəyə texniki savadlı təyin olunmalıdır! Dünya haqqımızı belə eşitmir?

Mühacir alim 2020-06-11 11:02:23

səmərəsəsiz və yarıtmaz gurumdur, ləğv etmək lazımdır, Avropada bele bədxərc qurumlara yer və pul yoxdur, amma bizdə tapılır. Bu necə olur?

t.dalətə 2020-06-11 08:01:34

Siz hardan bilirsiniz ki, Ramiz Mehdiyev Akademiyaya prezident təyin olunandan sonra hansı müsbət irəliləyişlər olub? Akif Əlizadə akademiyanı başlı başına buraxmışdı. Əməkdaşlar bütün günü Ramiz Mehdiyevə dua edirlər. Heç olmasa institut direktorları özlərini yığışdırıblar. Əməkdaşlar asudə nəfəs ala bilirlər. Bayramlarda normal mükafatlar alırlar. Akif Əlizadənin vaxtında hər institutun öz qanunları var idi. Xahiş edirəm, mənim şərhimi verin. Dəfəflərlə yazdığım şərhləri vermirsiniz.

Hidayət 2020-06-11 01:00:10

Axi bu yaşda insanin işləmək potensiali çoxdan sifirdan aşağidir axi. ....

Eli 2020-06-11 00:48:13

Deqiq ele olar Bı adam o sahenin adamı deyıl Bu gözel insan me vaxt vaxt tapıb elmle meşğul olub Özü de ömrü böyü vezifede işleyib Maradlıgır bu qeder savadlı akademik işden çıxanda prezidendle son görüşde konspektle meydana çıxdı Çox maraqlıdır Heyder Eliyev ömrü boyu konspektsiz çıxış edıb özü de akademik olmayıb

t.ədalət 2020-06-10 23:56:22

Ramiz Mehdiyev tükənmiş kadrdır.Ola bilsin ki,onun rəhbərliyi Elmlər Akademiyasının sonu olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol