Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin və Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan Liviyadakı toqquşmaları müzakirə ediblər. Bu barədə Kremlin saytında xəbər verilir.
«Liviyada vəziyyətin müzakirəsi zamanı ölkədə çoxsaylı qurbanlara səbəb olan miqyaslı toqquşmaların davam etməsindən dərin narahatlıq ifadə olunub» - xəbərdə dəqiqləşdirilir.
Suriyadakı vəziyyətə də toxunulub. Tərəflər İdlib təhlükəsizlik zonasında Rusiya-Türkiyə razılaşmasının reallaşması istiqamətnidə səylərin artırılmasına diqqət yetiriblər. Birgə prioritet tapşırıqlar sırasında İdlibdə barışığa əməl olunması və ərazidə fəaliyyətdə olan terrorçu qruplaşmaların neytrallaşdırılması məsələsi də önə çəkilib.
Koronavirus pandemiyasına qarşı fəaliyyətin aktual aspektləri də diqqət mərkəzində olub.
AzPolitika.info


Şərhlər