Menu

Milli Məclis Babək rayonu barədə layihəni qəbul etdi

12.06.2020, 14:49
Milli Məclis Babək rayonu barədə layihəni qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunun layihəsi müzakirə olunub.

“Report” xəbər verir ki, layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklərin edilməsi təklif edilir: “Babək qəsəbə inzibati ərazi dairəsi tərkibində Babək qəsəbəsinə şəhər statusu verilməsi, Babək qəsəbə inzibati ərazi dairəsinin Babək şəhər inzibati ərazi dairəsi hesab edilməsi təklif olunur.

Layihədə Cəhri kəndi inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilməsi, Cəhri kəndi inzibati ərazi dairəsinin Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilməsi, Nehrəm kəndi inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilməsi, Nehrəm kəndi inzibati ərazi dairəsinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilməsi əksini tapıb”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Şərhlər

Tanish 2020-06-12 16:10:30

Her iki kende sheher statusu verib onlarin ehalisini vergiden azad etmek lazimdir. Cunki, Azerbaycan xalgini o qeder qiymetli shexsiyyetler bexsh edib hemin torpaqlqr, mutleq yuksek qiymetlendirilmelidir. Sovetlerin vaxtinda Shomxor rayonunda yerleshen Cardaxli ve Atabey kendleri iki marshal yetishdirdiyi uchun mutun vergilerden azad edilmishdir. Men bilmirem ki, butun Naxcivan ehalisi vergi verir ve yaxud yox.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol