Menu

Gəncədə polis koronavirusdan ölən şəxsi dəfn etdi

14.06.2020, 15:09
Gəncədə polis koronavirusdan ölən şəxsi dəfn etdi

İyunun 15-də Gəncə şəhər sakini Aqil Əfəndiyev DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək bacısının Koronavirus infeksiyasından dünyasını dəyişdiyini və tətbiq olunan sərt karantin rejimi ilə bağlı carəsiz olduğunun bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb Mərkəzinə verilən məlumata görə, müraciətlə bağlı dərhal polis əməkdaşları xüsusi geyimlərdə Məhkəmə Tibbi Ekpertizası və Patalogiya Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gələrək mərhumun cənazəsini xüsusi avtomobillə qəbirstanlığa aparıb.

Karantin rejiminin qaydaları gözlənilməklə qadın İslami qaydalarına uyğun dəf edilib.

Şərhlər

Eli 2020-06-14 16:30:01

Allah yaxşı insanları qorusun ömürlerini uzun eylesin

Əli 2020-06-14 15:41:38

virusun təsiri bu gündən başlayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol