Menu

İranda 5,1 bal gücündə zəlzələ olub

14.06.2020, 23:59
İranda 5,1 bal gücündə zəlzələ olub

İran İslam Respublikasında 5,1 bal gücündə zəlzələ olub. "Report" xəbər verir ki, bu barədə ölkənin Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 22:35-də qeydə alınıb. Zəlzələnin episentri Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 17 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 16 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol