Menu

Nabranda avtomobilin vurduğu piyada öldü - Sürücü qaçdı

16.06.2020, 13:18
Nabranda avtomobilin vurduğu piyada öldü - Sürücü qaçdı

Xaçmaz rayonunun Nabran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 16-da saat 2 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qaradağbuduq kənd sakini Arif Vəliyev vurulub.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol