Menu

Pendir və ətin immun sisteminə zərəri barədə - Alimlərin mövqeyi

17.06.2020, 00:05
Pendir və ətin immun sisteminə zərəri barədə - Alimlərin mövqeyi

İmmuniteti qorumaq üçün yaxşısı budur ki, insan pendir və əti az yesin. Ekspertlər bu fikirdədirlər. «Cursoinfo» nəşri onlardan sitat gətirir.

Tədqiqatlara istinad edən mütəxəssislər qeyd edirlər ki, pendirin bir çox növlərində listeriya bakteriyası olur. Onlar immun sisemini ciddi şəkildə zəiflədə bilirlər. Ətdə və heyvani yağda isə sərbəst radikallar olur ki, onlar da insan hüceyrələrində mutasiya doğurur və onları dağıdır.

Ekspertlər həm də alkoqoldan imtina etməyi məsləhət görürlər. Spirt insan orqanizmindən bütün qidaverici maddələri və leykositləri çıxardır, immuniteti ciddi şəkildə zəiflədir.

AzPolitika.info

Şərhlər

Vətəndaş 2020-06-17 07:45:13

Bizə aid xəbərlər yazın burda.Bu yazdığınız amerikanlara aiddi.Biz ətin dadını unutmuşuq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol