Menu

Azərbaycan-Rusiya sərhədində baş verənlərə görə cinayət işi açıldı - 10 nəfər azərbaycanlı saxlanıldı

17.06.2020, 11:49
Azərbaycan-Rusiya sərhədində baş verənlərə görə cinayət işi açıldı - 10 nəfər azərbaycanlı saxlanıldı

Rusiya İstintaq Komitəsi iyunun 15-də Azərbaycan-Rusiya sərhəddində baş vermiş kütləvi toqquşmalarla bağlı cinayət işi açıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2 (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığını təhdid qedən zorakılığın tətbiq olunması) və 167.1 (qəsdən özgə əmlakının məhv edilməsi) maddələri üzrə açılıb.

İstintaq materiallarına görə, iyunun 15-də 400-ə qədər Azərbaycan vətəndaşı Dərbənd rayonunun Kullar kəndində yerləşən düşərgəni tərk edərək “Qafqaz” magistralını bağlamağa çalışıb.

“Kullar postunda Azərbaycan vətəndaşları polislərin əmrinə tabe olmayaraq, daş və digər vasitələr tətbiq etməklə hüquq-mühafizə orqanlarına sağlamlığı üçün təhlükə törədiblər”, -deyə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.

Rusiya tərəfi hadisə nəticəsində hüquq-mühafizə orqanının 9 əməkdaşının yaralandığı, 5 xidməti maşının zədələndiyini açıqlayıb. Hazırda faktla bağlı 10 nəfər saxlanılıb. Araşdırmalar davam etdirilir.

Şərhlər

Sefir Polad B. oqlu - na 2020-06-17 14:10:53

Bakida choxlu boyuk idman kompleksleri ve muasir standartlara uyqun, komfort sheraiti olan oteller bosh - bosh istifadesiz qalib, chox qeribedir, bele genish imkanlar olduqu halda, NIYE, Azerbaycan - Rusiya serhedinde, dozulmez sherait yaradilib ve Azerbaycan hokumeti SERT KARANTIN QADAQALAR TETBIQ EDEREK, Rusiyadan GERI QAYIDAN Azerbaycan vetendashlarini olkeye daxil olmaqa ENGELLER YARADIR , neticede, azerbaycanli insanlar TIBBI YARDIM ve ERZAQ YARDIMI ALMIR. ......, realliq odur ki, sade, siravi vetendashlar - azerbaycanlilar Rusiyadan geri qaydanda, serhedde, olkeye daxil olmaqa BOYUK ENGELLER yaradilib........

Vətəndaş 2020-06-17 13:14:51

Sözün bitdiyi yer

omar 2020-06-17 12:14:30

Yanan da biz,yaman da biz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol