Menu

Həsən Həsənov dəfn edildi - Foto

04.10.2014, 13:11
Həsən Həsənov dəfn edildi - Foto

Mərasimdə "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib

İyulun 11-də Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərin öldürərək girov götürdükləri Həsən Həsənovun nəşi bu gün dəfn edilib.

ANS PRESS-in dəfn mərasimində olan əməkdaşının verdiyi məlumata görə, Həsən Həsənovun nəşi məhkəmə tibbi ekspertizasında araşdırmadan sonra bu gün ailəsinə təhvil verilib. Ailə üzvülərinin işitrakı ilə keçirilən müayinədə meyitin Həsən Həsənova aid olduğu sübut olunub.

Cənazə götürülməzdən əvvəl keçirilmiş mərasimdə "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib. Həsən Həsənov Bakıda Binəqədi qəbristanlığında dəfn olunub.

Həsən Həsənovun meyiti uzunu danışıqlardan sonra Azərbaycana iki gün əvvəl təhvil verlib. Həsən Həsənov bunadək Dağlıq Qarabağda dəfn edilmişdi. Həsən Həsənovla birgə girov düşən Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də girovluqdadırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol