Menu

Tramp yenə Çini günahlandırıb - Koronavirusu məqsədli şəkildə yaymaqda

20.06.2020, 00:13
Tramp yenə Çini günahlandırıb - Koronavirusu məqsədli şəkildə yaymaqda

Çin koronavirusu öz sərhədlərindən kənarda məqsədli şəkildə yaya bilərdi. Buversiyanı Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp irəli sürüb. Bu barədə «The Wall Street Journal» qəzeti yazıb.

ABŞ lideri istisna etmir ki, Pekin bunu digər ölkələrin iqtisadiyyatına ziyan vurmaq üçün edib.

«Ehtimal var ki, bu, məqsədli şəkildə edilib» - deyə, ABŞ prezidenti qeyd edib.

Bundan əvvəl Tramp Çini koronavirus barədə informasiyanı başlanğıc mərhələdə gizlətməkdə günhlandırmışdı.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol