DƏNİZDƏ BOĞULAN BANK MÜDİRİ TANINMIŞ PROKURORUN QARDAŞI OĞLUDUR - Yeni təfərrüatlar

Xəbər verdiyimiz kimi, dünən 1980-ci il təvəllüdlü Məmmədov Yusif İsak oğlu Bakıda dənizdə boğularaq həlak olub. 

Yusif Məmmədovun yaxınlarının "AzPolitika.info"ya verdiyi məlumata görə, o, dənizdə batmaq təhlükəsi olan uşaqları xilas edərkən həyatını itirib. 

Belə ki, Yusif Məmmədov dənizdə batmaq təhlükəsilə üzləşən və buna görə kömək istəyən uşaqlardan birini xilas etdikdən sonra, ikincisini sahilə çıxarmaq üçün gedib. Bu zaman özü burulğana düşərək həlak olub.

Qeyd edək ki, sözün həqiqi mənasında qəhrəmanlıq göstərən Yusif Məmmədov “Xalq Bank”ın "Mərkəz " filialının müdiri olub. Həm işlədiyi bankda, həm də dostları, yaxınları arasında böyük nüfuz sahibi olan Yusif Məmmədovun özünün də iki övladı var. 

Onu da qeyd edək ki, Yusif Məmmədov tanınmış prokuror, təqaüddə olan baş ədliyyə müşaviri Ələmdar Məmmədovun qardaşı oğludur. 

"AzPolitika.info"nun kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyir.

Allah rəhmət eləsin!

AzPolitika.info

635x100

Şərhlər

Tural 2020-06-24 01:07:43

Allah sənə rəhmət eləsin əziz qardaşım. Sən qəhrəmanlıq edərək şəhid oldun. Yerin cənnətdir inşaAllah. Başımız sağ olsun!

Amin 2020-06-24 00:31:17

Əsl vətəndaş,əsl kişilik,əsl müsəlman qanı təmiz ,nəcabətli insanlar bu hərəkəti edə bilərlər.Kişi anadan kişi doğulmalıdır.Qəhrəmanlıq belə olur.

Aytən 2020-06-22 19:02:47

Yerlim olduğu üçün bir azda daha çox kövrəltdi gənc yaşda ölməsi

Eli 2020-06-22 15:06:03

Allah qeni qeni rehmet elesin Emelinden görünür kişi neslinin kişi oğludurÇox heyv bele oğuldan.

Türk 2020-06-22 10:57:21

ALLAH RƏHMƏT ELƏSİN

T.ədalət 2020-06-22 01:03:22

Kimisə öldürmək istəyəndə qışda hamamdakı dəm qazını,yayda dənizi qatilə çevirirlər.

Seymur 2020-06-21 23:52:56

Allah rəhmət eləsin.O esil Azerbaycan oğlu idi.

semed 2020-06-21 23:10:29

ALLAH REHMET ELESIN

müəllim 2020-06-21 22:50:19

Allah rəhmət eləsin

Israfil 2020-06-21 21:15:15

Allahdan rəhmət diləyir və ailəsinə yaxınlarina baş sağlığı verirəm

Shushali 2020-06-21 18:44:42

Allah rehmet etsin, ele kishinin qardashi oglu bele olar. Ot kok uste biter. Bari bu mesub, qehraman ogullarin ruhundan qorxun bu olkeni yagi mali kimi talamayin.

Əli 2020-06-21 18:17:05

Allah rəhmət eləsin, Allah səbr versin!

gülşən 2020-06-21 17:23:05

Allah rəhmət eləsin

t.ədalət 2020-06-21 16:26:46

Belə bacarıqlı bir adamın "dənizdə boğulması" çox müəmmalıdır.Sifarişli qəsd ola bilər.

Son yazılar