"Bütün məhdudiyyət və çətinliklərə baxmayaraq, ANS xəbər xidmətinin səviyyəsini saxlamağa, standartları qorumağa, xəbər mənbələrini artırmağa, texniki parametrləri yaxşılaşdırmağa calışır. Xəzər TV-nin bir neçə il əvvəl efir məkanımıza gətirdiyi yeni xəbər ab-havasından sonra ATV, son dovrlərdə isə Lider TV xəbər yayımını yaxşılaşdırıb. Məzmun məhdudiyyətinə, balans zəifliyinə, alternativ fikrin qeybə çəkilməsinə baxmayaraq, bu TV-lər tamaşaçı üçün çalışırlar."
Bunları teletənqidçi, professor Qulu Məhərrəmli Moderator.az saytına açıqlamasında Azərbaycan telekanallarının vəziyyətinə qiymət verərkən deyib. Q.Məhərrəmlinin ən sərt tənqid hədəfi AzTV və İTV olublar:
"Təəssüf ki, dövlət büdcəsindən 40 milyon manata yaxın vəsait alan AzTV və indi onun yedəyinə qoşulmuş İTV haqqında bu sözləri söyləmək mümkün deyil. Dövlət AzTV-ni güclü texniki baza ilə təmin edib, lakin həmin texnika ilə dəyərsiz proqramlar çəkilir. Səbəbi odur ki, burada yaradıcı menecment düzgün qurulmayıb, sükan fərsiz adamların əlindədir. Belə şəraitdə ən peşəkar adamlar da səriştəsiz kimi görünürlər."

Şərhlər