Menu

Litvanın üç naziri Bakıya gəlir

04.10.2014, 17:14
Litvanın üç naziri Bakıya gəlir

Oktyabr ayında Litvadan Azərbaycana bir sıra rəsmi səfərlər həyata keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib. Diplomat bildirib ki, oktyabrın 8-10-da Litva müdafiə naziri İozas Olekas Azərbaycanda səfərdə olacaq. Oktyabrın 15-16-da nəqliyyat naziri Rimantis Sinkyaviçus Azərbaycana gələcək. Oktyabrın 21-də isə Litva xarici işlər naziri Linas Linkyaviçus Azərbaycana səfər edəcək. Səfir vurğulayıb ki, intensiv həyata keçirilən qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin yüksək səviyyəsində olduğunu göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol