Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.
Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.
Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.


Şərhlər
Müdafiə Naziri Moskvaya getməli deyil, çünki torpaqlarımızın alınmasında rus ordusunun iştirakı təkzibedilməz faktdır.
.....onnarin adami yauuu
Torpaqlarımızı işğal edən ordunun qələbə paradında iştirak ???
Ərazilərimizin əsas işğalçısı və əsgərlərimizin qatili,bir çox soyqırımların törədicisi Rusiyanın qələbə paradında iştirak etmək doğru deyil....Allah türkün köməyi olsun!