Menu

Ermənistandan Kəlbəcərin mərkəzinə birbaşa yol çəkilir

24.06.2020, 10:33
Ermənistandan Kəlbəcərin mərkəzinə birbaşa yol çəkilir

Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yol çəkilişinə başlayıblar.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 18 kilometr uzunluğunda yol Vardenis-Ağdərə yolu ilə Kəlbəcərin rayon mərkəzini birləşdirəcək.

Ermənistanın Qeqarkunik vilayətindən Zod aşırımından keçməklə Kəlbəcərə çəkilən yolun asfaltlaşdırılmasına və yol kənarında səkilərin quraşdırılmasına Paşinyan hökumətinin 5 milyon dollar ayırdığı xəbər verilir.

Yeni yol Ermənistandan işğal altındakı Kəlbəcər rayonuna süni məskunlaşdırma siyasətini stimullaşdırmağa və yolun ətrafında yerləşən kəndlərin sosial-iqtisadi inkişafına dəstək məqsədi daşıyır. Yeni yol hərbi əhəmiyyətə də malik olacaq.

Şərhlər

Əli 2020-06-24 12:50:53

karapet bizim susqunluğumuzdan ruhlanır.

Elmar 2020-06-24 11:44:41

Biqeyrət ermənilər....

Türk 2020-06-24 11:15:50

Biz hələ yataq. Biz virus adı ilə daha da dərin yuxuya gedirik. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol