Menu

"Bəhram Bağırzadənin səhhətində cüzi yaxşılaşma var" - Həkim

24.06.2020, 11:43
"Bəhram Bağırzadənin səhhətində cüzi yaxşılaşma var" - Həkim

“Əməkdar artist Bəhram Bağırzadənin səhhətində cuzi yaxşılaşma var”.

Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Şərhlər

Fərid 2020-06-24 13:07:38

Zədələnmiş toxumalar cihaz vasitəsilə bərpa olunmur.90 faiz zədələnmş (kristallaşmış ) ciyər yaşam üçün kifayjət olmur. Ona görə bu məsələ haqlı olaraq insanlarda şübhə doğurur və bu halın artistlik kimi olduğunu zənn edirlər.Təki,Bəhram sağlam olsun.

Mamed 2020-06-24 11:46:46

Bəs bu yalandan can verirdi. Buna artıq deyiləsi sözüm yoxdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol