Menu

Millimizin futbolçusunun anası koronavirusdan öldü

24.06.2020, 14:02
Millimizin futbolçusunun anası koronavirusdan öldü

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Amin Seydiyevə ağır itki üz verib.

"Report" xəbər verir ki, gənc müdafiəçinin anası Şəhla xanım koronavirusdan müalicə aldığı Sabirabad xəstəxanasında bu gün vəfat edib.

Oyunçunun özü isə ondan götürülən analizin nəticəsi neqativ çıxdığı üçün karantinə alınmayıb.

Seydiyev ailənin tək oğludur.

Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev yeni mövsümdən "Sabah"da çıxış edəcək.

Allah rəhmət eləsin!

Şərhlər

Əli 2020-06-24 14:16:23

Anaya allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol