Menu

İran yer səthinin böyük kəşfiyyatına hazırlaşır

05.10.2014, 14:18
İran yer səthinin böyük kəşfiyyatına hazırlaşır

İlin sonuna kimi ölkə kosmosa 5 peyk göndərəcək

İran yerli istehsal olan üç peykini kosmosa buraxmağa hazırlaşır. Bu barədə “Fars News” xəbər agentliyi İran Kosmik Agentliyinin rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, “Zəfər”, “Autsat” və “Tolu” adlanan peyklər yer səthinin təsvirini yerüstü stansiyalara ötürəcəklər.

İranın 2014-cü ilin sonunadək “Şərifsat” və “Nahid” adlanan daha iki peykini də orbitə buraxmaq niyyətində olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol