Menu

Özbəkistanda kağız-sellüloz fabriki yandı

26.06.2020, 00:38
Özbəkistanda kağız-sellüloz fabriki yandı

Özbəkistanın Yangiyul şəhərində kağız-sellüloz fabrikində güclü yanğın baş verib.Virtualaz.org bildirir ki, yanğın “Global KOMSCO Daewoo” Özbəkistan-Cənubi Koreya birgə müəssisəsi zavodunda qeydə alınıb.

Yanğın ümumilikdə 5 min kvadratmetr sahəni əhatə edib. Yanğının qarşısının alınması üçün 36 yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisə nəticəsində itkilərin olmadığı deyilir.

Həmin zavod ildə 12 min ton kağız istehsal edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol