“Kimlərinsə qanunu pozması nəticəsində insanlar xəstələnirsə, cərimələri daha da sərtləşdirməliyik”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bəzən bunu başqa cür qələmə vermək istəyənlər də var:
“Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpik verib maska alsın və cərimə ödəməsin. Bu həm də onların sağlamlığının qorunmasıdır. Biz qanunu daha da sərləşdirməliyik. Bizim hər birimiz intizamlı olmalıyıq. Hesab edirəm ki, koronavirusla əlaqədar şayiə yayanlar barədə də ölçü götürülməlidir. Bəziləri sosial şəbəkələrdə yazır ki, pandemiya yoxdur. Bunlar barədə ölçü götürülməlidir. Bəziləri hətta belə bir informasiyalar yayır ki, siz qanunu pozun cənab Prezident və Mehribar xanım Əliyeva həmin cərimələri ödəyəcək. Evin üstündə çıxıb domino oynayan şəxsin cəriməsini niyə Prezident və xanımı ödəməlidir?"


Şərhlər
Vallah bu havayi yeyenler danisanda Milletin her seye ehtiyaci var size baxmayin
Siyavuş, F.Ağamalı kimilərin yenə ortalığa buraxılıb əhalinin əsəbləri ilə oynaması düzgün deyil. ....danışıq tonuna bax həbs edilsin. ,,,başqa cəmiyyətə düşsə bəzi deputatlaea 2 keçini etibar eləməzlər ki aparsın otarsın. İndi lotuluq eliyirlər....
Bundan bir ağıllı söz çıxmadı.Bunu hardan tapıblar? Xəcalət torbasıdır.
Yalan danışanların hamısı cəzalandırılmalıdır.
https://www.instagram.com/tv/CB_KylHBKc2/?utm_source=ig_web_copy_link
Sənin kimilər axırda virusu maska su dərman vasitəsi ilə insanlara yeridəcəksiniz. Gör kimlərin əlində qalmışıq
Sən cəzalanmalısan ki həddini aşmayasan
Aha ((( aqilli meslehet malades !!!