“DOLLAR ÇÖKƏ BİLƏR...” - ABŞ iqtisadiyyatı ilə bağlı bədbin proqnozlar

Pandemiyanın ümumilikdə dünya iqtisadiyyatına vurduğu və bundan sonra vuracağı ziyanı hesablamaq çox çətin olsa da, mütəxəssislər ayrı-ayrı ölkələrin bu böhranı hansı itkilərlə atladacağına dair proqnozlar verməkdə davam edirlər.

“AzPolitika.info” xəbər verir ki, Qərb mətbuatında ABŞ iqtisadiyyatında yaşanan tənəzzülün dolların dəyərinə ciddi təsir edəcəyinə dair proqnozlar xeyli artıb. 

Son olaraq, bu gedişlə “dolların çökəcəyini” öngörən “Morgan Stanley Asia”-nın sabiq rəhbəri Stiven Rouç bildirib ki, ABŞ-da daxili əmanətlər Milli Gəlirin 5-10 faizinə qədər azalacaq. Məşhur maliyyə konqlameratında yüksək vəzifə tutmuş bu mütəxəssisin fikrincə, ABŞ-ın dövlət borcunun rekord səviyyəyə çatması fonunda 2021-ci ildə dollar digər aparıcı valyutalarla müqayisədə 30 faizdən çox dəyər itirə bilər.


Məsələ ondadır ki, dolların çöküşünü proqnozlaşdıranlar arasında olduqca ciddi maliyyə nəhənglərindən olan “Deutsche Bank” da var. Bankın mütəxəssisləri hesab edirlər ki, ABŞ epidemiya ilə mübarizə və bu situasiyadan çıxış strategiyasına görə, digər bir çox ölkələrlə müqayisədə çox pis vəziyyətdədir. Bu isə Amerika iqtisadiyyatın və onun əsas göstəricilərindən olan ABŞ dollarının vzəiyyətinin pis olacağından xəbər verir.

Rəsmi Vaşinqtonun pandemiya dövründəki fəaliyyətinə görə narahatlığını gizlətməyən beynəlxalq qurumlardan biri də  Beynəlxalq İdarəetmə İnkişafı İnstitutudur.

Təşkilatın yaydığı son hesabata görə, ABŞ iqtisadiyyatı rəqabət qabiliyyətinə görə, qısa müddətdə 7 pillə geriləyərək, reytinq cədvəlində 10-cu yerə düşüb. Mütəxəssislər qeyd edirlər ki, Vaşinqton hələ ki, epidemiyanın ikinci dalğası perspektivinə ciddi yanaşmır. Lakin ikinci dalğa baş verərsə, ABŞ iqtisadiyyatının vəziyyəti kritik həddə qədər pisləşə, işgüzar aktivlik minimum həddə enə bilər.

ABŞ dollarının dəyər itirməsini labüd edən amillərdən biri kimi isə Federal Rezerv Sisteminin davranışları göstərilir. Belə ki, mütəxəssislərin fikrincə, dövriyyəyə yeni yardım paketi vasitəsilə külli miqdarda vəsait buraxılması dolların digər əsas valyutalarla müqayisədə böyük ölçüdə dəyər itirməsinə səbəb olacaq.

Əlbəttə ki, kifayət qədər nüfuzlu beynəlxalq qurumların bu proqnozları təsadüfi deyil və müəyyən reallıqlara söykənir. Hələliksə, dollar öz mövqeyini saxlamaqdadır.

Hətta məsələn, Rusiya kimi xammal ölkələrinin valyutaları qarşısında daha da möhkəmlənir. Belə ki, neftin ucuzlaşması fonunda ötən gün 1 ABŞ dolları 70 Rusiya rublundan baha olub.

Tahir

AzPolitika.info  

635x100

Şərhlər

Memmed 2020-06-30 13:07:37

Kok ariqlayinca arigin cani cixar!

AZER 2020-06-30 09:50:04

Nağıllar aləminə səyahət.

Son yazılar