Amerikalı bir xanım aktivistin ABŞ parlamentindəki çıxışı sosial şəbəkələrdə çox geniş yayılıb və müzakirələrə səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, həmin çıxışda ABŞ-ı idarə edənlərlə yanaşı, dünyanın ən varlı adamlarından biri olan milyarder Bill Qeyts və keçmiş dövlət katibi Hillari Klinton ittiham olunur.

Çıxışda koronavirus epidemiyası ətrafında baş verənlər “Deep State”-in, yəni “dərin dövlət”in əməli kimi qiymətləndirilir və bunu törədənlərin “şeytana xidmət etdiyi” vurğulanır. Bu deyilənlər xüsusilə Qərb ölkələrindəki əhali arasında, cəmiyyətdə koronavirusun süni yolla, qəsdən yayılmasına dair fikrin geniş yayılmasından xəbər verir.

Həmin çıxışın videosunu təqdim edirik.