“NƏ QƏDƏR Kİ, ƏRDOĞAN HAKİMİYYƏTDƏDİR, MÜHARİBƏYƏ BAŞLAYAQ!” – “Pakistandan və Türkiyədən hərbi yardım istəməliyik”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə qısa müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Minsk qrupu həmsədrlərinin xarici işlər nazirlərinin son görüşünə dair bəyanatına münasibətinizi bilmək istərdik.

- Növbəti dəfə həmsədr ölkələrin münaqişənin saxlanılmasında və işğalın davam etməsində maraqlı olması öz təsdiqini tapdı. Onlar Paşinyan hakimiyyətə gələndən sonra cəbhədə əldə olunmuş nisbi sakitlikdən məmnun olduqlarını ifadə ediblər. Çünki işğalçı erməni əsgərləri ölmür və Ermənistan qorxusuz-hürküsüz işğal etdiyi torpaqları məskunlaşdırır. Həmsədrlər bildiriblər ki, münaqişənin hərbi yolla həlli yoxdur, xalqları sülhə hazırlamaq lazımdır və cəbhə bölgəsində monitorinqlər keçirilməlidir. Bir cümlə ilə belə işğal olunmuş ərazilərin məskunlaşdırılması və işğalın davam etməsi pislənilməyib. Əslində başqa mövqenin sərgilənməsini gözləmək də sadəlövhlük olardı. ABŞ və Fransada ölkənin siyasətini müəyyənləşdirən siyasətçilərə güclü təsir imkanlarına malik erməni diasporası var, hər iki dövlət xristian ölkəsidir. Rusiya isə Ermənistanın hərbi-siyasi müttəfiqidir. Həm də biz müstəqil olmadığını bəyan etdiyimiz Ermənistanın xarici işlər nazirindən hansı addımın atılmasını gözləyirik ki?

- Onda nə edək? Gözümüzün qarşısında Qarabağ münaqişəsi Fələstin probleminə çevrilir.

- Bizim vəziyyət Fələstindən daha ağırdır. Ona görə iqtidarı Rusiya ilə danışmağa və nəticələri barədə xalqı məlumatlandırmağa çağırıram. Ya Rusiya münaqişənin həllinə razılıq verməli və biz səmimi hərbi-siyasi müttəfiqə çevrilməliyik, ya da Rusiya münaqişəni qoruyub saxlamaq siyasətini davam etdirərsə, onunla münasibətlərə yenidən baxmalıyıq və Azərbaycan Avroatlantik məkana inteqrasiya yolunu tutmalıdır. Yoxsa 130 il də Ermənistanla danışıqlar aparsaq, heç nə dəyişməyəcək.

Hökumət bizi daha güclü edəcək islahatları dərinləşdirmək istəyini ortaya qoyan kimi həmsədr ölkələr “5-ci kolon”u canlandıraraq iqtidarı çevrilişlə qorxudub bütün təşəbbüslərdən çəkindirməyə çalışırlar.

Bizim Rusiya ilə indiki zorən dostluğumuz Qərbin mütərəqqi və ədalətli kəsiminin də bizə inamını sarsıdır. Bizi onların ciddi dəstəyindən məhrum edir. Ona görə Azərbaycan Qarabağ məsələsində daha cəsarətli və çevik xarici siyasət yürütməlidir. Biz bir il ərzində geniş miqyaslı islahatlar aparmalı, Rusiya münaqişənin həllinə razı olmasa, o zaman böyük risk etsək də, torpaqlarımız uğrunda ölüm-dirim savaşına başlamalıyıq. Pakistandan və Türkiyədən hərbi yardım istəməliyik. Nə qədər ki, Ərdoğan hakimiyyətdədir, bunu etməliyik. O, Azərbaycanı sevən, müstəqil və qürurlu adamdır. Sabah Dəmirəl kimi birisi Türkiyədə hakimiyyətə gəlsə, ən yaxın müttəfiqimiz Türkiyəni də itirəcəyik. Ermənistanı işğala son qoymayacağı təqdirdə müharibənin qaçılmazlığına inandırmaq üçün böyük savaşa qədər, riyakar Minsk qrupu həmsədrlərinin açıqlamalarına əhəmiyyət vermədən, torpaqlarımızdakı işğalçı ordunun əsgərlərini hər gün öldürməyə çalışmalıyıq. Çalışmalıyıq ki, hər gün Ermənistana əsgər tabutları yola salınsın. Bizim sözdə yox, əməldə torpaqlarımızı işğaldan azad etməyə nə qədər qətiyyətli olduğumuza düşmən və onun havadarları əmin olmalıdırlar. Ermənistan tam əmin olmalıdır ki, onu kimin müdafiə etməsindən asılı olmayaraq müharibə başlasa, o viran qalacaq.

(Moderator.az)

635x100

Şərhlər

Abdulla 2020-07-03 12:20:55

Gah nala,gah mixa vurursuz...

Cəmşid Dərələyəzli 2020-07-03 09:49:20

Bəli, Dünayda gedən qoloballaşma, ümumbəşəri Pandemiya felakəti və bunlardan doğan dünyanın yenidən şəkilləndirilməsi təzahürləri, Azərbaycan dövlətini hərəkətə keçməyə məcbur edir. Bu gün Ermənistan Azərbaycan mübaqişəsi fonunda Qarabağın həlli ATƏT çərçivəsində dünyanın elə güclərinə tapşırılıb ki, hər üç dövlət erməni yandaşlarıdır və daima ermənilərin maraqları çərçivəsində hərəkət edirlər. Qonşularımızın da mövqeyləri ortada. Rusiya yeni xəyallar, yəni keçmiş Sovet ərazilərini özünə qaytarmaq peşində, İran isə Təbriz qorxusundan ermənilərin yanında. Ona görə də belə bir vəziyyətdə düşünürəm ki, qeyd olunan dengeleden dolayı Azərbaycan siyasəti hərəkətə keçməli, gecikmədən daima yanımızda olan qardaş Türküyə ilə Konfedarativ anlaşmalara və yaxud da bizim dayanıqlığımızı və itirilmiş torpaqları geri alacaq digər bir anlaşmaya qonusunda danışıqlara getməlidir. Tarix təkirar olunur. Bu gün də Azərbaycanın indiki geosiyasi vəziyyəti diqtə edir ki, 100 il öncəki, yəni 1918-ci ldəki addımı atıb, Türküyəni bu konularda köməyə çaxğırsın.Çünki, bütün alanlarda mövcud status kvo bunu diqtə edir.

Araz 2020-07-02 22:13:59

Çox hörmətli Qüdrət bəy sizin fikirlərinizlə 100 faiz raziyam

nihad 2020-07-02 18:57:26

erməni millətinin psixogenetiksı elə qurulub ki, qanları tökülməyəndə milli zəncir zəifləyir,ideoloji təbligat effekt vermir.Bunu yaxşı bilən kilsə və diaspora "böyük ermənistan"məsələsini gündəlikdə hədəf saxlayır.Xüsusən türklərə qarşı aqresiya ermənilərin vahidləşməsi üçün əvəz olunmaz dərman hesab olunur,bu həm də diaspora və kilsənin erməni xalqını alət kimi əlində saxlamasını ehtiva edir

nihad 2020-07-02 18:35:17

erməni millətinin psixogenetiksı elə qurulub ki, qanları tökülməyəndə milli zəncir zəifləyir,ideoloji təbligat effekt vermir.Bunu yaxşı bilən kilsə və diaspora "böyük ermənistan"məsələsini gündəlikdə hədəf saxlayır.Xüsusən türklərə qarşı aqresiya ermənilərin vahidləşməsi üçün əvəz olunmaz dərman hesab olunur,bu həm də diaspora və kilsənin erməni xalqını alət kimi əlində saxlamasını ehtiva edir

vuqar 2020-07-02 14:59:35

Qudret bey|n behs etd|y| m0vzunu ele qeleme ver|rk| ele b|l Azerbaycan butun DUNYAYA c|had elan ed|b |nd|de 0ndan pes|man 0lub!Qardas|m ASlAN tulkunu b0ga b|lm|rse bunun gunah| aslan|n fers|zl|y|nded|r ! Bu qeder bes|t!

nihad 2020-07-02 14:25:40

burada müharibə olarsa sən gedərsənmi,mən gedərəmmi məsələsini müzakirəyə qoyan admlar ara vuran,qorxaq,satqın adamlardır-bilin sizi heç kəs bu işə qoşmur,gedin pomidorunuzu satın!

Rafiq 2020-07-02 14:10:17

Qüdrət bəy.torpaqlqr rəsmi olaraq bizim,Ordu bizim.Onu azad etmək üçün kiminsə razılığı,icazəsini gözləməyin adını nə qoymaq olar?Axı BMT.ABABŞ.ATƏT həmin torpaqların Azraycana məxsus olduğunu bildirib.Bizə hansı qüvvə imkan verməyə bilər ki,öz torpaqlarımızı azad edək? Rus demişkən:" qde sobaka zarıta"? Bəlkə bizimkilər torpaqları seperat danışıqlarla satıb? Yoxsa30 il boş,mənasız və nəticəsiz danışıqlar olmazdı.lBunu bir düşünmüsünüzmü?

Esger 2020-07-02 13:26:20

Bunun cagrishlari provokasiyadir...

Eloğlu 2020-07-02 12:29:52

Daxilində düşməni bol olan xalqa xaricdən kömək yetərli deyil...

Vahid 2020-07-02 09:36:32

Qüdrət yenə ....

TARIX 2020-07-02 09:07:01

QÜDRƏT BƏY MÜHARİBƏYƏ BAŞLAMIŞDAN ƏVVƏL İCƏRİMİZDƏ TƏMİZLƏMƏ APARMALIYIQ.AZƏRBAYCANA İŞLƏMƏYƏNLƏR VƏZİFƏLƏRDƏN KƏNARLAŞDIRILMALIDIR.

Rasim qulitev 2020-07-01 23:44:02

Çox maraqlıdır Qüdrət bəyin oğlu və ya özü müharibəyə gedəcək???

nihad 2020-07-01 21:02:58

əhsən!gəldin haqqın yoluna ,amma bir az gec

Şaiq 2020-07-01 20:54:28

Türkiyə Cümhuriyyəti həmişə türklərə dəstək olub. Nuru Paşanın Azərbaycana gəlməyini, və ya, Bülent Ecevitin Kiprə ordu yeritməyini misal gətırmək olar.

vuqar 2020-07-01 20:15:41

Qudret beyin behs etdiyi m0vzunu ele qeleme verirki ele bil Azerbaycan butun DUNYAYA cihad elan edib |ndide 0ndan pesman 0lub!Qardasım ASlAN tulkunu b0ga bilmirse bunun gunahı aslanın fersizliyi ndedir ! Bu qeder besit!

Əli 2020-07-01 19:05:27

Bax bu başqa məsələ. Mövqeyinizi dəstəkləyirik. Qarabağı yalnız müharibə yolu ilə qaytaracayıq. Müharibə, müharibə yenədə müharibə, sizi dəstəklədik Qüdrət bəy. Başqa yol qalmadı.

Azər 2020-07-01 18:13:08

Əla... Bu adam 100 faiz düz deyir.

Ağayev Ağahüseyn 2020-07-01 18:09:31

Qüdrət müə.bəlkə də həyatında bundan yaxşı təklif verməmisən.DEDİKLƏRİNLƏ BÜTÜN MİLLƏT RAZIDIR.HAMI MÜHARİBƏYƏ.

Azər 2020-07-01 18:06:30

Əla... Bu adam 100 faiz düz deyir.

ELSAD 2020-07-01 15:56:03

Yerden goye qeder besit ve populist olan bir teklif...

Son yazılar