SABAHDAN POLİS POSTLARI YIĞIŞDIRILIR - Rəsmi açıqlama

Ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul ayının 2-dən ləğv ediləcək.

Buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

DİN-dən verilən məlumata görə, bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək.

Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.

Həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan xüsusi karantin rejimindən irəli gələn tələblərə mütləq riayət etmələri tələb olunur. 

* * *

Bakıda sərtləşdirilmiş karantin rejimi üçün nəzərdə tutulan polis postlarının bir qismi götürülüb.

“Report”un xəbərinə görə, bu gündən paytaxt ərazisində bir neçə postun yığışdırıldığı nəzərə çarpır.

Qeyd edək ki,qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.

635x100

Şərhlər

Gulsen 2020-07-01 18:56:52

Bu nə danışır maşında mən oturmuşam icazəm də var maşına icazə almamisamsa mənə cərimə yazacaqlar?

Mirəli 2020-07-01 17:39:21

Ağıllı olmaq lazımdır əhalinin bu çətin vəziyyətində prinsip aparmaq yox,dil tapıb vəziyyətdən çıxmaq lazımdır...

Son yazılar