Menu

Karantin uzandı, Bakıdan rayonlara qaçış başladı - 3158 maşın geri qaytarıldı

04.07.2020, 11:28
Karantin uzandı, Bakıdan rayonlara qaçış başladı - 3158 maşın geri qaytarıldı

Karantin rejiminin uzadılması qərarından sonra yenidən Bakıdan rayonlara axın başlayıb.

Ötən gündən başlayaraq yüzlərlə sürücü paytaxtı tərk etməyə çalışıb. Nəticədə Bakıdan çıxış istiqamətlərində uzunluğu bir neçə yüz metrə çatan tıxaclar meydana gəlib.

Baş Dövlət Yol Polisi İdarəsindən veriən məlumata görə,03.07.2020-ci il saat 00:00-dan 04.07.2020-ci il 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 910-u rayon, 790-u paytaxt istiqamətinə olmaqla 1700, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 27-i rayon, 127-i paytaxt istiqamətinə olmaqla 214, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 466-ı rayon, 778-i paytaxt istiqamətinə olmaqla 1244 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 3158 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev payatxtdan çıxışa məhdudiyyət qoyulduğunu dəfələrlə açıqlayıb. O, hətta rayon qeydiyyatı olan şəxslərin belə postlardan buraxılmayacağını deyib.

Portal üzrə icazəsi olanlar isə ancaq ezamiyyət sənədi ilə postlardan keçə biləcəklər. "Məzuniyyətə çıxan hər kəsin istədiyi rayona getməsinə icazə verilməyəcək. Bakıdan çıxışa yalnız zərurət olan hallarda, kənd təsərrüfatı ilə məşğul olanlar yaxud xidməti fəaliyyətlə bağlı ezamiyyətə gedənlərə icazə verilir. Çünki onlar xidməti fəaliyyətlə bağlı işlərini bitirib geri qayıdırlar, məzuniyyətə gedənlər isə oradakı ailə üzvləri, tanışları, dostları, bütün qohumları ilə ünsiyyətdə olurlar".

Şərhlər

Cabir 2020-07-04 12:53:22

Düşünürəm ki bu metod düzgün deil çünki postlardan çüəyyən adamları buraxılar onlarda rahat gedib istrahət edilər şəkillərini sosial şəbəkələrdə yerləşdirilər və sair bida öz növbəsində insanlarda və cəmiyətdə qıcığ hissi ədalətsizlik hissi yaradır . Olmazsa heç kəsi buraxmasınlar

Togrul 2020-07-04 12:47:54

Fikrimcə bu üsul düzqün deil və ədalətsizdi ona görə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol