HƏBS OLUNAN BANK SƏDRİNİN XARİCDƏ ƏMLAKLARI ÜZƏ ÇIXDI - Qaralov himayə edirmiş

Bir neçə gün öncə həbs edilməsi ilə bağlı xəbər verdiyimiz “Zaminbank” ASC-nin sədri Nadir İsmayılov barəsində yeni detallar üzə çıxıb.

Unikal.org-un əldə etdiyi məlumata əsasən, N.İsmayılov Böyük Britaniyanın paytaxtı Londonda bir neçə obyekt, eləcə də 8 milyon funt sterlinq (17 milyon AZN) dəyərində villanın sahibidir.

ASC sədrinin İstanbulda da bir neçə mülkünün olduğu bildirilir. Həmçinin qeyd edilir ki, o, Qazaxıstanda da biznes sahibidir.

Daxil olan məlumata əsasən, N.İsmayılov Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində restoranlar, obyektlər, tikinti şirkətləri, eləcə də şəhərciklərə malikdir.

Bildirilir ki, bank rəhbəri Milli Məclisin keçmiş sədri Oqtay Əsədova yaxın insandır. N.İsmayılov rəhbərlik etdiyi bank vasitəsilə vəsait çıxararq sabiq sədrə Rusiyanın paytaxtında restoranlar əldə etməyə, eləcə də inşaat biznesi qurmağa kömək edib.

ASC sədrinin sabiq baş prokuror Zakir Qaralovla da yaxın münasibətləri üzə çıxıb. Belə ki, N.İsmayılov eks-baş prokurora məxsus “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin vasitəsilə ölkə daxilindən vəsait çıxararaq ona xaricdə əmlak əldə etməyə kömək edib.

Bildirilir ki, “Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilməsinə və haqqında çoxsaylı şikayətlərin olmasına, eləcə də maliyyə yeyintilərinə baxmayaraq, bu müddətdə bank sədrinin fəaliyyətinin araşdırılmamasına səbəb məhz onun Z.Qaralovla yaxın münasibətləri olub.

635x100

Şərhlər

Yusif 2020-07-05 09:00:58

Həbs ediblər,buraxacaqlar. Samballı atıbdır. Az atsa idi 15-20 il verərdilər. Hələ ona 1-2 milyon da premiya vermək lazımdır ki başqaları da baxsınlar atsınlar. Onsuz da hamısı atır. Atma məktəbləri çox güclüdür,Akademiya səviyyəsində.

Adil 2020-07-04 22:31:27

Stalin lazimdi((( .... niye tutmurlar ?

Xalq 2020-07-04 20:15:37

bunlar qanuni oğrulardır.

Osman 2020-07-04 18:42:11

Doğrudan bizi,ölkəmizi,vətənimizi misli görünməmiş dəhşətli soyub talan ediblər. Dünyada 2-ci belə bir ölkə millət yoxdur ki belə bir quldurcasına talana məruz qalsın.

ejder 2020-07-04 18:31:19

BU ANALOQU OLMAYAN INKIWAFIMIZIN NETICESIDIR,,BRAVO,....

2+2=4 2020-07-04 18:09:37

...“kimdir günahkar?”....ləyaqət, mənlik anlayışları müstəvisində cavab asandır, ondan kənarda - yox !!!

Elman 2020-07-04 17:05:48

Quldurlar ölkəni çapıb-talayıb buradakı burada, çoxunu isə daşıyıblar xarici ölkələrə. Kimdir günahkar?

Rahim 2020-07-04 16:56:14

Bu ılkədə genişmiqyaslı antioliqarx, antibürokratik, antiinhisarçı inqilab aparılıb onların var-dıvlətləri müsadirə edilməsə dövlət klassik formada oturuşa bilməyəcək.

Son yazılar