Menu

Tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb - Almaniyada

09.07.2020, 00:39
Tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb - Almaniyada

Almaniyanın Vuppertal şəhərində zibilyandırma elektrik stansiyasından alınan hidrogen yanacağı ilə işləyən avtobuslar hərəkətə başlayıb.

Trend-in məlumatına görə, ekoloji təmiz avtobuslar havaya yalnız su buxarı buraxır.

Hazırda şəhər ərazisində müxtəlif marşrutlar üzrə 10 belə avtobus hərəkət edir. Gələcəkdə bu avtobusların sayının iki dəfə artırılması gözlənilir.

Hidrogen yanacağı ilə işləyən avtobuslar 75 sərnişin daşımaq gücündədir.

Qeyd edək ki, Almaniyada 2018-ci ildən hidrogen yanacağı işləyən qatarlar fəaliyyət göstərir.

Şərhlər

Eliii 2020-07-09 07:30:25

Ele bildim Azerbaycanda (((((((((

Cavid 2020-07-09 04:23:54

Bizədə qismət

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol