Menu

Səhiyyə Nazirliyi ötən il dövlət qeydiyyatına alınmayan 29 adda dərman alıb

10.07.2020, 12:41
Səhiyyə Nazirliyi ötən il dövlət qeydiyyatına alınmayan 29 adda dərman alıb

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 2018-ci ildə Tarif (qiymət) Şurası tərəfindən dövlət qeydiyyatına alınmayan və qiymətləri tənzimlənməyən 21 adda 950,8 min manat, 2019-cu ildə isə 29 adda 1716,3 min manat dəyərində dərman vasitələri alınıb.

"Report" xəbər verir ki, bu, Hesablama Palatasının 2020-ci ilin İş Planına əsasən 2018-2019-cu illərdə dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxs üzrə aparılan auditin nəticələri haqqında məlumatda öz əksini tapıb.

Qeyd olunub ki, aparılan audit nəticəsində 2018-ci ildə mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması prosesində aşkar edilən nöqsanlar, 2019-cu ilin maliyyə hesabatlarının hazırlanması zamanı görülən tədbirlər nəticəsində aradan qaldırılıb, müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilən günlər üçün hesablanan 457,4 min manat məbləğində cərimənin büdcəyə ödənilməsi təmin edilib.

Şərhlər

Milli 2020-07-10 16:46:09

Orda Elsever addi biri var (( Baxin adam nece ildi oturub orda ximir ximir yeyir ((( Neyi qoyub neyi axtarirdiz ?!!! Kûl sônûb ..... oddakiiiiii ,,,,,Hadi bakslimdi !!!

t.ədalət 2020-07-10 13:01:45

Səhiyyə naziri şəkər xəstələrinin dərmanları ilə də alver edir.Öz şəxsi biznesinin ardına düşən Oqtay Şirəliyev hələ də anlamır ki,köhnə dərmanları dövriyədən çıxarmaq lazımdır.Şəkər xəstələrinə və müharibə əillərinə verilən dərmanların vaxtı çoxdan ötüb.Xareicdə belə dərmanların istifadəsi aradan qaldırılıb.Öz vətəndaşlarının sağlamlığının qayğısılna qalan dövlətlər beləı dərmanlardan istifadəni yasaqlayıblar.Yalnız Azərbaycanda qalıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol