Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün Yunanıstanın Saloniki şəhərindəki evini pontiy yunanlarının genosidi muzeyinə çevirmək lazımdır.
Belə təkliflə «Yunan həlli» parlament partiyası Ankaranın 1934-xü ildən muzey kimi istifadə olunan Ayasofiyaya yenidən məscid statusunu qaytarmaq barədə qərarına çavab olaraq çıxış edib. Partiyanın nümayəndəsi Tanasis Milonas isə bəyan edib ki, «Türkiyənin Yunanıstan tərəfdən güclü reaksiyaya ehtiyacı var».
Milonasın özü isəTürkiyə prezidenti Ərdoğanın fəaliyyətini təxribat adlandırıb.
«Bizim partiyanın mövqeyi ondan ibarətdir ki, bu, dünyanın problemi deyil - tər-təmiz ikitərəfli münasibətlərin problemidir. Bu, ikitərəfli mövzudur. O, pravoslaviyaya aiddir, o, yunanlara aiddir» - partiya nümayəndəsi izah edib.
Xəbər verildiyi kimi, mayın 29-da, İstanbulun fəthi günü Ayasofiyada Quran oxunub. Bir qədər sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ayasofiyanın məscid statusunun qaytarılması imkanlarına baxılması üçün göstəriş verib.
Qeyd edək ki, Ayosofiya 1985-ci ildən YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib.
Yunanıstanda iddia edirlər ki, Birinci Düya Müharibəsində və sonrakı illərdə Osmanlı imperiyası 350 mindən artıq pontiy yunanını məhv edib. Ankara da öz növbəsində, Afinanı tarixi faktları saxtalaşdırmaqda günahlandırır.
İndiki halda isə Yunanıstan tərəf yaddan çıxarır ki, müasir dünyada din dövlətdən ayrıdır, Ayasofiya isə Türkiyə dövlətinin mülkiyyətidir. Ayasofiya 1453-cü ildən 1934-cü ilə qədər məscid kimi fəaliyyət göstərib. İstanbulu fəht edən Sultan Mehmet Fateh Ayasofiyanı Vəqfə bağışlayıb və qiyamətə qədər məscid kimi qalmasını vəsiyyət edib.
Odur ki, bu məsələdə Türkiyəyə hər-hansı təzyiq göstərmək cəhdi suveren dövlətin daxili işinə qarışmaqan başqa bir şey deyil.
AzPolitika.info


Şərhlər