Dünyada ilk koronavirus vaksininin sınaqları başa çatıb

Dünyada koronavirusa qarşı ilk vaksinin sınaqları başa çatıb. Seçenov adına translyasion təbabət və biotexnologiya universitetinin direktoru Vadim Tarasov xəbər verib ki, artıq könüllüləri xəstəxanadan buraxacaqlar («RİA Novosti»).

“Dünyada ilk olaraq Seseçnov universiteti könüllülər üzərində koronavirus vaksininin sınaqlarını başa çatdırdı”- Tarasov bildirib.

Konüllülərin birinci qrupunun xəstəxanadan buraxılması iyulun 15-ə, ikinci qrupun buraxılması isə iyulun 20-ə planlaşdırılır.

Tədqiqatın indiki mərhələsində vaksinin insan üçün təhlükəsiz olmasını müəyyənləşdirmək qarşıya qoyulmuşdu - bu tapşırıq yerinə yetirildi.

Sınağa məruz qoyulmuşlarda heç bir neqativ reaksiya qeydə alınmayb - təkcə vaksinasiyanın ilk günlərində bədənin hərarətinin qalxmasından başqa.

Bundan əvvəl səhiyyə naziri Mixail Muraşkonun xəbər verdiyi kimi, koronavirusdan vaksinasiya könüllü olacaq. Onun sözlərinə görə, ölkədə 17 növ vaksin üzərində işlər gedir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar