"ERMƏNİSTAN TƏRƏFİ HƏR HANSI ƏRAZİ ƏLDƏ ETMƏYİB..." - Prezidentin köməkçisindən və Müdafiə Nazirliyindən açıqlama

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı "Rerpot"a bildirib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.

Onun sözlərinə görə, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də düşmənin .hücum cəhdinin qarşısı alındığını bildirib: "Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb".

Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir və Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb: "Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.

Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilmişdir. Bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir.

Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatları eləcə də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

Eyni zamanda bu yolla Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.

Dünya birliyi COVİD-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağırırıq.

Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür"

635x100

Şərhlər

Xəzər dəniz də, hərbi işğalda 2020-07-13 17:09:44

Problemin uzanması hərblə də deyil, siyasi-iqtisadi münasibətlərimizlə şərtlənib?

letif 2020-07-13 08:54:34

onda hele yaxsi qurtarmisiq erazimiz alinmayib 3.sehid verilib

t.ədalət 2020-07-12 22:10:24

Yaşamağa pulu belə olmayan ermənistanın ərazilərimizi atəşə tutması absurddur.Ola bilər ki,ermənistanda Rusiya ordusunun əleyhinə olan qüvvələri Rusiya Azərbaycan ordusunun gücü ilə qorxutmaq istəyib.Ərazi götürməkdən söhbət belə gedə bilməz.ermənilərin Rusiyaya qarşı çıxışları,ola bilsin ki,torpaqlarımızın tezliklə azad edilməsinə yardım etsin.

Xezer 2020-07-12 21:43:11

Səfərbərlik edilsin: - 35 - 56 yaş arası( 56 ona görə ki, mən də gedə bilim).Ali Baş Komandan əmr versin , 115 günə əzək başlarını...

Vətəndaş 2020-07-12 21:40:42

Nə vaxt bizim ordu hücum edəcək. Torpağımız yarını düşmən işğal edib 25 ildir müdafiə olunuruq. Necə millətik ya müstəqil dövlətik?

rasim quliyev 2020-07-12 21:38:00

Siz ne danishirsiz bos boshuna camaat usagi qirilib deyirsiz torpaq almayiblar bes camaat usagi nece ?Ali bash komandan niye emr vermir gedib bunlarin meyiti serim yere atam vaxtinda edib nedi mene ermeni qalmayacag meyit elemeye olsemde bilecem ki,hec olmasa 100 geberdib gedecem

Lətif 2020-07-12 19:55:26

Boşuna əriflərdən qurtarıb,əməli hərəkətə keçmək vaxtıdır.Onsuz da gecikirik.

aqil 2020-07-12 19:50:18

Heç başa düşmək olmur, ya 30 il gəzdirdiyimiz furaşkanı çıxaraq başımıza papaq taxaq, ya böyük qardaşın 75 illik qələbə tədbirlərində iştirak edək, ya oturaq lazımı gözləyək, ya humanitar fəlakətə başlamaq üçün dünya ictimayətindən icazə alaq.Bəlkə Zakir Həsənovu Vahiddən müdafiə edən deputatlar bir söz deyəcəklər. Övladını itirmiş valideynlərə bəs nə deyək. Deyək ki, məsuliyyət bizlik deyil Ermənistan rəhbərliyindədir.Ya ataq sərhəd Qoşunlarının boynuna ki, o tərəflərə MN baxmır ona görə. Bəlkə 2 azərbaycan əsgəri üçün 200 erməni əsgərinin meyidini analarına göndərmək lazımdır

Xalq 2020-07-12 19:23:25

malades, kim nə deyər bizdə olan qeyrətə, qeyrətimiz bəllidir hər millətə. Sualım var siz niyə əks hücum edib düşməni qovub onların mövqeylərini ələ keçirmədiniz

Son yazılar