Menu

Ərdoğanla Putin arasında telefon danışığı olub

14.07.2020, 09:02
Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Report”un “Anadolu”ya istinadən məlumatına görə, Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, iki ölkənin liderləri regional prosesləri, o cümlədən Liviya və Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.

Prezidentlər regionda sülhün, təhlükəsizliyin və sabitliyə təmin edilmiş addımları davam etdirməyi razılaşdırıblar.

Tərəflər həmçinin yeni koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə əməkdaşlıq mövzusuna toxunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol