Menu

Koronavirus testinin nəticəsinin səhv olmasının səbəbi açıqlandı

16.07.2020, 13:16
Koronavirus testinin nəticəsinin səhv olmasının səbəbi açıqlandı

Mütəxəssislər koronavirus testlərinin səhv nəticələr göstərməsinin səbəbini izah ediblər.

“Report” RBK-ya istinadən xəbər verir ki, Rusiyanın Ali İqtisadiyyat Mərkəzinin Səhiyyə İnstitutunun direktoru Larisa Popoviç bəzi testlərin kifayət qədər həssas olmadığını və az miqdarda antikoru “görmədiklərini” bildirib.

Onun fikrincə, test prosesinin özü də vacibdir: testlər uğursuz antigeni seçirsə, onda digər virusların qalıq izlərini aşkar edə bilər. L.Popoviçin sözlərinə görə, hər bir testin virusu tapmaq və onu düzgün müəyyənləşdirmək imkanları məhdudlaşır.

“Bəzən səhv nəticələr olur, çünki genomun parçası uğursuz seçilib”, - elm adamı izah edib.

O deyib ki, Rusiyada aparılan testlərin 95-96 faizlik həssaslığı var, qalan 4 faiz halda isə səhv ola bilər: “Ancaq testdən keçmək faydalıdır. Həmçinin xəstəliyin əlamətləri varsa, bir neçə dəfə testdən keçmək lazımdr”.

Şərhlər

Murad 2020-07-16 15:53:56

Niyə hökumət TƏBİB-in yanış yaradldığını anlamır?

Vətəndaş 2020-07-16 13:56:57

Səhv nəticə alınan testlərə TƏBIB-in özünə mxsus özəl müəssisələrində hər test üçün140-150 manat yı]ması nə qədə'r əsaslıdır? Niyə buna diqqət verilmir?

İlqar 2020-07-16 13:24:34

Bütün dünyada koronovirus müəmmasına artıq son qoyulur. Bütün dünya əhalisi dərk elədi ki, bundan sui-istifadə edilir. Artıq sondur. Bizdə isə çoxdan son olmalıdır. 40-45 istidə insanlara qəsd etmək və müxtəlif xəstəliklərin yayılmasına səbəb olacaq. İnsanların dənizə quma getmək haqqını almaq yenidə insanlara qarşı siyasi bir gedişdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol