MƏMMƏDYAROV VƏZİFƏSİNDƏN AZAD OLUNDU! - Yeni XİN başçısı Ceyhun Bayramovdur (Rəsmi təsdiq)

Prezident İlham Əliyev Elmar Məmmədyarovun Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilib.

Prezidentin sigər sərəncamı ilə Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

***

Azərbaycanın yeni Xarici İşlər naziri bu günə qədər Təhsil naziri vəzifəsini tutan Ceyhun Bayramovdur. "AzPolitika.info"nun məlumatına görə, bununla bağlı Prezidentin sərəncamının yaxın vaxtlarda elan olunacağı gözlənilir. 

***

Son günlər öz fəaliyyətilə ölkə ictimaiyyətinin və Prezidentin sərt qınağına tuş gələn Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov tutduğu vəzifədən azad olunub. 

“AzPolitika.info” xəbər verir ki, artıq XİN rəhbəri postuna yeni təyinat da həyata keçirilib.

Belə ki, Azərbaycanın yeni Xarici İşlər naziri vəzifəsi hökumətə daxil olan digər nazirlərdən birinə tapşırılıb. Onun kimliyi bəlli olsa da, hələlik müəyyən səbəblərdən bu barədə məlumat vermirik. Yaxın müddətdə Məmmədyarovun vəzifəsindən azad edilməsi və yeni nazirin kimliyi barədə rəsmi məlumat yayılacaq.

Tahir

“AzPolitika.info”

635x100

Şərhlər

Şəkidən 2020-07-21 11:48:10

Ən mühim iş dövlətini və xalqını qəlbən sevmək və qəlbində vətən sevgisi olmaqdır. Əgər doğrudanda qəlbində vətən sevgisi varsa,yerdə qalan işləri öyrənmək və yerinə yetirmək asandır. Ceyhun müəllim, təhsildə yol vermiş olduğu nöqsanları, diplomatiyada verməməlidir... Belə ki, Əmək müəllimini Şəki kimi böyük bir rayona kimlərinsə tapşırığı əsasında Şəki Təhsil şöbəsinə müdir təyin edib ?? Diplomatiyada səhvə yol vermək olmaz, dövlətin marağı həmişə, şəxsi maraqlardan üstün tutulmalıdır..

Vətəndaş 2020-07-18 14:45:40

Ceyhun Cabbarov öz xidmətləri ilə cənab Prezidentin etimadını doğrulda bilcəkmi ? Diplomatiya mühüm bir sahədir.. O sahəyə .....

Eli 2020-07-16 20:34:43

Deyesen iqtisadiyyat emlak. vergi ,diplomatiya sahesinde savad lazımı seviyyede deyil.Yaxşı ki tehsil nazirliyi var .

oxucu 2020-07-16 17:46:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib : Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər . Hormetli cenab Pezident, eger, sabiq sefir - tecrubeli diplomat Isfendiyar Vahabzade ( merhum xalq shairi Bextiyar Vahabzadenin oqlu ) , teyinat alarsa XIN - de diplomatik fealiyyetine, Azerbaycan Respublikasinin Diplomatiyasi CHOX YAXSHI , YUKSEK SEVIYYEDE, AKTIVLESHER .

vidadi goyce 2020-07-16 16:56:52

suren getdi turk geldi

Pisi 2020-07-16 16:53:44

Elmara sual veren olmadimi ki evden isdiyirsen ama kime

Xalq 2020-07-16 16:53:38

Mən Xələf Xələfovu gözləyirdim.

Səlim 2020-07-16 16:24:25

Təhsil Nazirliyinin İqtisadiyyat nazırliyinə birləşməsi çox gözəl bir iş olardı.

Ağayev Ağahüseyn 2020-07-16 15:36:57

Deməli bu .... MİLYNLAI ğötrüb aradan cıxır.... Onun yerinə mən yatmalıyam türmədə.

Cəbiş müəllim 2020-07-16 15:29:53

Gülə gülə hətəmcan ✊

Müfəttiş 2020-07-16 15:29:16

ADİU-nun diplomu bəs edir....

vuqar 2020-07-16 15:28:37

PREZ|DENT|N ETRAF|NDA M|LLET B|RLESMESE 0LKE XA0SA SURUKLENECEK! AZERBAYCANDA YEN| H0KUMET F0RMALASD|RMAGA LAY|Q NE L|DER VAR NE QUVVE! BUNU YADDAN C|XARMAY|N!

Fəxrəddin 2020-07-16 15:04:07

azından 10 il də bu bizi yatızdırar...

Amon 2020-07-16 15:00:14

Inandirici melumat deyil ceyhun bayramov hara diplomatiya hara

İsmayıl 2020-07-16 14:59:52

Mən də müavin olardım. Bəlkə sınayasız

Mamed 2020-07-16 14:59:13

Görünüşündən nazirə pxşayir. Yəqin bu amil də əsas götürüb

Eko 2020-07-16 14:53:38

Nirmal bir diplomat tapılmır?

Qoca Molla 2020-07-16 14:51:51

ARAZ EZIMOV

Hüseyn 2020-07-16 14:48:27

Məndə bu gündən qırıcı təyyyarə sürməyi bilirəm.

t.ədalət 2020-07-16 14:22:17

Maraqlıdır,C.Bayramov yarıdacaqmı?

Fəxrəddin 2020-07-16 14:02:50

Başımıza xeyir

Vətəndaş 2020-07-16 13:58:00

Bu çox gecikmiş qərar deyili?

t.ədalət 2020-07-16 13:42:04

Deyilənə görə onun yerinə mühasib ixtisaslı Ceyhun Bayramov təyin olunacaq.Əlbəttə,mühasibin öz sənəti,diplomatın öz işi var.

Son yazılar