Menu

“Diplomat olmaq elə də vacib deyil” - Keçmiş səfir və partiya sədri yeni nazir haqda

17.07.2020, 13:53
“Diplomat olmaq elə də vacib deyil” - Keçmiş səfir və partiya sədri yeni nazir haqda

“Xarici işlər nazirlərin professional olması şərt deyil. Çünki nazir siyasi postdur, professional post deyil. Yəni o, prezidentin fəlsəfəsini həyata keçirir. Amma onun müavinləri peşəkar olmalıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə pressklub.az-a açıqlamasında bildirib. 

O hesab edir ki, nahaq yerə kimsə hər bir nazirlikdə peşəkar rəhbər gözləməməlidir. “Hətta müdafiə naziri də siyasətçi ola bilər. Amma Baş Qərargah rəisi və müavinləri hərbçilər olmalıdır. Bütün dünyada bu cürdür. Yeni nazirə gəldikdə, mən onun haqqında heç bir məlumata malik deyiləm. Bəlkə də o, uğurlu bir inzibatçıdır. Diplomat olmaq elə də vacib deyil. Həmin adam siyasi adam olmalıdır, prezidentin konsepsiyasını həyata keçirməlidir”deyə keçmiş səfir vurğulayıb.

H. Hacızadə hesab edir ki, məsələn, elə məsələlərdə beynəlxalq hüquqdan biliklər lazımdır: “Həmin bilikləri onun müavinləri daşımalıdır. Yeni nazirin siyasi bilikləri və bacarıqları mənim üçün hələ ki naməlumdur. Uğurlar diləyirəm, işləsin, görək necə olur”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev isə bildirib ki, xalq çoxdan Elmar Məmmədyarovun vəzifədən çıxarılacağını gözləyirdi: “Hələ uzun müddət öncə mən söyləmişdim ki, Elmar Məmmədyarov vəzifəsinin öhdəsindən gələ bilmir və azad olunmalıdır.

Ceyhun Bayramov gənc, enerjili şəxsdir. O özü də cənab prezidentlə söhbətində bildirdi ki, bu sahə onun üçün yenidir, amma bütün bilik və bacarağını qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün sərf edəcək. Ümid edirəm ki, ona tapşırılan işin öhdəsinən gələcək və XİN ölkəmizin qarşısında duran əsas problemlərin, xüsusilə də Dağlıq Qarabağ probleminin həllində öz əhəmiyyətli rolunu oynayacaq”.

Şərhlər

Əhəd 2020-07-18 08:57:23

Neft milyardları gələndə,və başqa səbəblərdən bütün çirkabların üstü örtülürdü. İndi mümkün deyil. Bizdə vəzifələrdə heç kim öz deyil. Bütün vəzifəlilər müyyən kretireyilara uyğun olmalı,öz fikri olmamalı,əmri yerinə yetirməli...

Firdövsi 2020-07-17 15:39:18

Hikmət bəy,xarici işlər naziri danışıqlarda Nazirlik işçiləri ilə birlikdə iştirak etmədiyini bildiyiniz halda belə absurd fikir söyləməklə nə demək istədiyinizi bilirsinizmi?XİN ATƏT-lə,Amerika ilə,Avropa birliyi nazirləri ilə,və digər ölkə nümayəndələri ilə tək-bə-tək görüşlər keşirməli olduğunu bilmirsiniz? Bəs bu absurd yazı özünüzü gözə soxmaq,nəy isə bildiyinizi sübut etmək üçündürsə,yanlışınız var.XİN təcrübəli,diplomat,ixtisaslı,millətini sevən,hazırıqlı insan olmalıdır.o

Musa 2020-07-17 14:29:35

Hikmet Hacizade kimi diplomat olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol