Koronavirus infeksiyasından kollektiv immunitetin «qiyməti» həddindən artıq yüksəkdir: bunu ciddi karantin tədbirləri görməyən ölkələrin nümunəsi göstərdi. Belə ki, bu cür tədbirlərin tətbiq olunduğu bölgələrdə kollektiv immunitet formalaşmır. Bu barədə İsraildən olan həkim Anna Qluxova «Newsru.co.il» nəşrinə danışıb.
İsrailin Səhiyyə Nazirliyi artıq xeyli vaxtdır ki, seroloji təqqiqatlar aparır - anticisim testləri. Doktor Qluxova danışıb ki, təsadüfi adamlardan ölkənin müxtəlif nöqtələrində götürülmüş analizlər belə bir ehtimalın baş tutmayacağını göstərib ki, yüz minlərlə insan artıq koronavirusla simptomsuz xəstəlik keçirib və biz, kutləvi immunitet əldə edə bilərik.
«Bu ümidlər doğrulmadı. Bütün tədqiqatlar göstərir ki, qrup immuniteti yoxdur, yoluxma faizi çox kiçikdir» - ekspert bildirib.
«Yeni gəlmişkən, elə ölkələr var ki, bu yolla getməyə cəhd göstəriblər, məsələn, İsveç, İngiltərə. Ancaq onlar anladılar ki, böyük həyati itkilər vermədən, koronavirusdan kütləvi immunitet qazanmaq mümkün deyil. Bu, çox yüksək ölümcüllüklü, çox ağır xəstəlikdir» - deyə, həkim izah edib.
O, virusun tədqiqatının son məlumatlarından da danışıb. Belə ki, virusun səthlə ötürülməsi barədə qorxu şişrdilmiş olub.
«Ən geniş yayılmış yol -hava-damcı yoludur. Bəli, əgər xəstə asqırarsa, sonra harasa toxunarsa, siz isə ondan yapışarsınızsa, yoluxa bilərsiniz. Amma sadə gigiyena qaydaları ilə bundan qaça bilərsiniz» - deyə, həkim qeyd edib.
Bununla əlaqədar xanım doktor növbəti dəfə diqqəti maska gəzdirməyin vacibliyinə yönəldib.
Təkrar yoluxma riskinə gəlincə, həkimlər bütün dünyada bu fikirə gəlirlər ki, guya təkrar yoluxmuş insanlar əslində, analizlərin səhv nəticələrinin qurbanı olurlar. Ümumiyyətlə isə hələlik buna tam əminlik yoxdur.
AzPolitika.info


Şərhlər