Menu

Tbilisidə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir

18.07.2020, 12:10
Tbilisidə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir

Tbilisidə Azərbaycanın Silahlı Qüvvələrinə dəstək aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında təşkil olunan aksiyada yerli azərbaycanlılar və Azərbaycan vətəndaşları iştirak edirlər.

Dəstək mitinqinə Marneuli, Qardabani və Bolnisi rayonlarında yaşayan soydaşlarımız, Gürcüstan ictimaiyyətinin nümayəndələri, tanınmış gürcü tarixçi və ekspertləri də qoşulublar.

Hərbi vətənpərvərlik mövzusunda mahnıların səsləndirildiyi aksiyada Ermənistanın Azərbaycana qarşı Tovuz rayonu istiqamətində son günlər həyata keçirdiyi hücum cəhdləri və hərbi təxribatları pislənilir. İştirakçılar Azərbaycan dövlətinə, Ordusuna və əsgərinə dəstək şüarları səsləndirirlər.

Şərhlər

Səma Şuşa 2020-07-18 12:50:16

Canım qeyrətli,ləyaqətli Borçalılarım..Vəziyyətlərinin nə dərəcədə ağır olduğuna rəğmən, işsiz,vəsaitsizdilər aylardır,yenə öz soydaşlarının yanındadılar! Allahım özü dizlərə Yar və yardımçı olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol