Menu

Novxanıda ata və oğlu bıçaqlanıb

18.07.2020, 22:21
Novxanıda ata və oğlu bıçaqlanıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Ağamalıyev Ağamalı Rəcəb oğlu və onun övladı 1986-cı il təvəllüdlü Ağamalıyev Rəcəb Ağamalı oğlu yaşadıqları evin həyətində tanıdıqları şəxs tərəfindən bıçaqlanıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı A. Ağamalıyevə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, R. Ağamalıyevə isə baş nahiyəsinin bir ədəd və qarın boşluğunun daxilə nüfuz edən iki ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

R. Ağamalıyevin vəziyyəti ağır olduğu bildirilir.

Cinayətin təfərrüatları araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol