“POLAD HƏŞİMOV ARTİLLERİYA ATƏŞİNİN ALTINA DÜŞÜB” – “Nəcməddin Sadıkovun bir qardaşı olub, o da...”

“Azərbaycanın Müdafiə Nazirliyi cəbhəyə köklənib, bəzi adamlar isə bilərəkdən və ya bilməzlikdən şayiə yaymaqdan əl çəkmirlər”.

“AzPolitika” xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov son günlər ölkənin ordu rəhbərliyi haqda səslənən ittihamlara münasibət bildirərkən deyib. Hərbi ekspert “hit.az” saytına açıqlamasında bu barədə danışıb. Ü.Cəfərovun sözlərinə görə, heç bir fakta söykənməyən belələri guya ordu rəhbərliyində hansısa inamsızlıq, xəyanət olduğunu cəmiyyətə çatdırmağa çalışırlar: "Bu adamları anlaya bilmirəm, heyrətə gəlirəm. Bu şəxslər bir tərəfdən cəbhədən xoş xəbərlər gözləyir, bir yandan da şayiə yaymaqla nəyəsə nail olmaq istəyirlər. Halbuki yazılanların əksəriyyəti illərdir təkrarlanır və məntiqi yoxdur”.

Ekspert hesab edir ki, indi ordu rəhbərliyi haqda yalan və neqativ yazmağın yeri deyil: “Bütün qoşun qüvvələrimiz prosesə cəlb olunmasa da, ordumuz Qərb bölgəsinə köklənib. Belə şəraitdə Müdafiə naziri və Baş Qərargah rəisi iş-gücünü atıb ittihamlara cavab verəsi deyil ki?!

Yazırlar ki, guya Nəcməddin Sadıkovun Ermənistanda general qardaşı xidmət edir. Amma bilmirlər ki, Nəcməddin Sadıkovun bir qardaşı olub, o da rəhmətə gedib. Yəni, ayıbdır, bir məlumatı dəqiqləşdirməmiş insanı ağır şəkildə ittiham etmək olmaz. Gah deyirik ki, Ermənistanda bir azərbaycanlı yoxdur, gah da deyirik ki, qardaşı orada xidmət edir”. 

Ehtiyatda olan polkovnik-leytenant hesab edir ki, şəhid general Polad Həşimovun vurulması ilə də bağlı yalan məlumatlar yayılır: “Guya Polad Həşimovun vurulması ilə bağlı hansısa addımlar atılıb. Amma bunu nəyə əsasən deyirlər, bilmirlər. Axı kim bilirdi ki, Polad hara gedəcək, haradan gələcək? Guya koordinatlar verilib, dronla vurulub. Bu nə hoqqabazlıqdır? Çox təəssüf edirəm. Polad Həşimov artilleriya atəşinin altına düşüb və qəhrəmancasına şəhid olub. Burada gizlədiləsi hal yoxdur və belə saxta ittihamlar səsləndirənləri susmağa çağırıram.

Ölkənin sıravi əsgəri də, generalı da torpaqlar üçün döyüşür, üzərinə düşən vəzifədən imtina etmir.

Ümumiyyətlə, mən son günlərdə sosial şəbəkədə yazılanlardan dəhşətə gəldim, bəzi adamlar özlərini çox pis apardılar, utanverici idi.

Mən hadisələrin ilk günündən bəyanat verdim ki, orduya mane olmayın, qoyun işini görsün. Amma bəziləri dayanmadılar, danışdıqlarının isə məntiqi belə yox idi”.

Ü.Cəfərovun fikrincə, Prezidentin könüllü orduya yazılmaq çağırışını bir çoxları səhv anladılar: “Ölkə başçısı demək istədi ki, gedin yazılın, demədi ki, şitini çıxarın, şəkil çəkdirib yayın. Belə çıxır ki, ordumuz zəifləyib, bunlar silaha sarılıblar. İndi 90-cı illər deyil, o vaxt ordu tam formalaşmamışdı. İndi nizami ordumuz, silahımız var, hələ bütün qoşunlar prosesə cəlb olunmayıb.

Bu gün də ermənilərin iki PUA-sını məhv etmişik. Bunu kim edib? Bizim ordumuz edib də, amma bəzi adamlar hələ də ordu rəhbərliyinə qarşı əssasız ittihamlar səsləndirməyə davam edirlər”.

635x100

Şərhlər

oxucu 2020-07-22 19:07:40

Hormetli " AzPolitika.info ", sizden xahish olunur ki, Üzeyir Cəfərova unvanlanan sherhi, derc edin.

Vətəndaş 2020-07-22 11:55:13

Üzeyir sən nə deyirsə de,ancaq Deyilənlər düz olmasa da artıq millət,xalq Nəciməddinin o postda olmasından çox narahatdırlar. Ona görə əsas kütlənin iradəsinə zidd olmaq, onu orada saxlamaq məqsədə uyğun deyil.

Ziya 2020-07-22 10:16:57

men N.Sadiqovu şəxsən tanimiram. 19 il evvel men esger olanda BQ rəisi idi, indi də. Deyirsiniz ki, "Baş Qərargah rəisi iş-gücünü atıb ittihamlara cavab verəsi deyil ki?". Qardaş, Uzeyir bey bura Mozambik Banan Respublikasi deyilee... olkede ictimaiyyete hesabat vermeyen, KİV nümayendeleri ile gorusmeyen bir iki memur varsa biri de Necmeddin Sadiqovdur. onun KİV ile ünsiyyetsizliyi onun haqqinda bu qeder şaiye yayilmasina sebeb olub. BQ rəisi məxfi saxlaniacaq vezife deyil. 19 ildir camaat onun qardaşı haqqında şaiye danişir ve bu gun siz onun vekili kimi cixib deyirsiniz ki, bir qardaşı olub o da rehmete gedib. Olmazdi ki 19 il evvelden başlayaraq hec olmasa ilde bir defe KİV nümayendeleri ile gorusub bele saiyelere son qoyaydi? Başqa bir mesele, deyirsiniz ki , "Polad Həşimov artileriya atəşinin altına düşüb". Artileriya atəşi generalin olduğu yere onun orda olduğu vaxt-saniye düşməli idi? başqa mesele madam sosial şəbəkə ordunun işinə əngəl olur, döyüş geden gunlerde sosial şəbəkəni ölkə üzrə məhdudlaşdırmaq olar

.EJDER 2020-07-21 23:52:14

QENERALLAR TALIB MEMMEDOV VE QORXMAZ QARAYEVIN YANINDA SENIN NECMEDDININİN NƏDİR Kİ...

ejder 2020-07-21 23:45:11

AYE ZAMPOLIT HARA,HERBI EKSPERT HARA

Ali 2020-07-21 20:22:05

Azərbaycanın hərbi əks kəşfiyyatı var DTX var. Bu qədər güclü təşkilat N. Sadıqovun xain olmasını müəyyənıəşdirə bilmirmi? Bu nə qara kampaniyadır. Müdafiə Nazirliyi bu ittiham deyənləri niyə məhkəməyə vermir?

t.ədalət 2020-07-21 19:46:03

Üzeyir Cəfərov,yadındadır Rusiyanın müdafiə nazirliyinə nəzarət edən bir zabiti var idi:Baltsın.Özün də yaxşı bilirsən ki,Səfər Əbiyevə birbaşa tapşırıq verirdi....Yaxud,artillerist Komarov.N.Sadıkovun yaxın adamı olan Komarovun bir qardaşı da ermənistan ordusunda idi.Bizim qərargah Gəncəyə köçəndə orda bir kəşfiyyat rəisi var idi.İndi ermənistan ordusundadır.....Gəlin ordumuzu rusbaşlardan qoruyaq...

Abdullayev 2020-07-21 19:42:37

onun əmioğlusunun isə Ermənistantandə xdmətdə olduğunu bilməyən yoxdur...

Ekspertə 2020-07-21 17:56:57

Sən özünü eksprt kimi yox, Nəciməddin Sadıqovun katibi kimi aparırsan.

Eli 2020-07-21 17:03:25

Çox hörmetli ekspert rehmetlik Polad beyin vurulması haqqında şübheleri dile getirib müsahibe veren general Yaşar Daşdemirov olub her halda bu insan herbiçidir fakt olmsa danişmaz ve bundan sonra kimse ona inanmaz....Özünüz araşdırın

t.ədalət 2020-07-21 16:33:33

Üzeyir,dostunuz Nacmuddin Sadıkovun təqaüd yaşı çatmayıbmı?Daha nə qədər orduda qalacaq?Bu kişinin yaşı,artıq keçib.Görəsən,hansı marağa görə ordudan ayrılmaq istəmir?Qabilyət deyirsən,onun hansısa uğurlu əməliyyat təşkil etdiyinin şahidi olmamışıq.Dostları Y.Aydəmirov,Ş.Ramaldanov hərbi sahədə nədirsə,Sadıkov da odur.Unutma ki,orduda qələbənin rəhni millilikdir.Çanaqqala döyüşlərindəki qələbəni yada sal,sonra yaz!

t.ədalət 2020-07-21 16:26:39

Üzeyir,Polad Həşimova tələni Rusiya qurub.Azərbaycan ordusunda sən də,məın də xidmət edəndə və indi də Rusiyanın casusları kifayət qədərdir.Gəl,fikirləri haçalama.Aprel döyüşlərində də,indi də ordumuzun mövqeləri və sərhədləreimiz Rusiyanın muzdlu hərbiçiləri tərəfindən atəşə tutulub.Hər iki respublikanı pəncəsi altında saxlamaq istəyən işğalçı Rusiyadır.Regionu qan çanağına döndərən,MDB məkanındakı respublikalarda hərbi münaqişələr yaradan Rusiyadır.Əlbəttə,casusları vasitəsi ilə koordinatları ələ keçirir və vurur.

Hafiz 2020-07-21 16:04:30

Kimin adı harada(yəni çirgin əməllərdə) hallandısa, o an uzaqlaşdırılmalıdır. O ki, qaldı ordu rəhbərliyində. Ortada şəhidlərimiz var, özü də yüksək rütbəli. ALLAH şəhidlərimizə rəhmət eləsin.

omar 2020-07-21 15:14:01

Sən hər halda,general Aydəmirov qədər bilə bilməzsən.Malalamaq sənin peşəndir,işinə davam.

Şaiq 2020-07-21 14:41:44

XALQ ORDUSUNUN UĞURLU ƏMƏLİYYATLARINI HƏMİŞƏ ALQIŞLAYIR.. SEVİNMƏYƏN 5 Cİ KOLONDUR. BİZ YAZIRIQ Kİ, MÜDAFİƏYƏ AYRILAN PULUN 60% - Nİ 5 Cİ KOLON NÜMAYƏNDƏLƏRI MƏNİMSƏYİB. SİZ HƏRBİ EKSPERTSİNİZ, BU FAKTI BİLİRDİNİZMİ ?

Son yazılar