“Azərbaycan-Ermənistan münaqişəsi təhlükəlidir və dialoq yolu ilə həll olunmalıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan mətbuatının Ermənistana silah-sursatın Gürcüstan üzərindən çatdırılmasına dair məlumatlarına münasibət bildirən səfir Gürcüstan XİN-nin bu barədə bəyanat verdiyini xatırladıb: “ABŞ-ın bu məsələ ilə bağlı mövqeyinə gəlincə, biz Azərbaycan- Ermənistan sərhədindəki vəziyyətdən həqiqətən də narahatıq”.
K.Deqnan qeyd edib ki, münaqişənin həlli üzrə mexanizmlər mövcuddur və onlardan mümkün olduğu qədər istifadə etmək lazımdır: “Qarşıdurma nəticəsində artıq qurbanlar var və bu, çox faciəvidir. Vəziyyət belə davam etməməlidir”.


Şərhlər
Kelli müharibədən narahatsansa erməniyə deginən torpaqlarımızı geri qaytarsın. Biz daha 30 il dözən deyilik. Torpaqlar qaytarılan kimi sülh bərqərar olacaq.