Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan bu ölkədəki səfiri Polad Bülbüloğlu və Ermənistan səfiri Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən gərginliyi müzakirə edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
“Cənubi Qafqazda təhlükəsizliyin təminatı, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabilləşməsi məsələləri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin müşahidəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda cəhdlərin aktivləşməsi perspektivləri müzakirə olunub”, - məlumatda bildirilib.


Şərhlər
Men bilen ( lavrov ( ne dese o , olmalidi ..
Lavrov onları tərbiyə edir. O putin kimi tərbiyəsiz deyil.....
Lavrov onları tərbiyə edir. O putin kimi tə