Menu

Ruhi 7 aylıq körpəni əməliyyat etdirdi- FOTO

07.10.2014, 10:55
Ruhi 7 aylıq körpəni əməliyyat etdirdi- FOTO

Biznes-ledi Ruhi Əliyeva ürəyində problem olan 7 aylıq Dəniz Elşadqızının müalicəsini öz üzərinə götürüb. Bu haqda “Qafqazinfo”ya açıqlama verən Ruhi Əliyevanın mətbuat katibi Türkan Məmmədli bildirib ki, əməliyyat olunan körpənin səhhəti yaxşıdır: “Ruhi xanım etdiyi yardımlar haqda danışmağı sevmir. Düşünürəm ki, bu cür yardımları ictimaiyyətə çatdırıb insanlara nümunə olmaq lazımdır. Yeddi aylıq Dənizin ürəyində problem vardı. Ruhi Əliyeva onun müalicəsini, əməliyyatının bütün xərclərini üzərinə götürüb. Dəniz Kiyevdə əməliyyat olunub.

Həkimlər onun iki əməliyyat keçirməli olduğunu bildirirdilər. Lakin bu əməliyyatları etməkdən boyun qaçırırdılar. Ruhi xanım danışıqlar aparıb həkimləri razı salıb. Bir dəfə əməliyyat olundu və ikinci əməliyyata ehtiyac yoxdur. Körpə bu gün reanimasiyadan çıxarılıb, vəziyyəti yaxşıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol