“O, ANCAQ SƏNGƏRDƏ, ƏSGƏRLƏRİNİN YANINDA OLURDU”- Polad Həşimovun xanımı

“Polad Həşimov kimi insanlar haqda həmişə əsərlərdə oxumuşam. Onlar mənə çox şablon gəlirdi. Elə bilirdim belə insanlar yoxdur, yaşamır”.

"AzPolitika” xəbər verir ki, bu sözləri şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova “Real TV”nin “Profil” verilişində danışıb:

“Polad Həşimovla 17 il bir yerdə yaşadım. Gördüm ki, o həqiqətən bütün canı, qanı ilə vətənə bağlı insan idi və bunu dildə yox əməlində göstərirdi. Övladlarını da elə böyüdürdü. Onlara heç vaxt vətən haqqında pafoslu sözlər söyləmirdi. Əsgərlərinə həmişə “balam” deyirdi. Hər zaman səngərlərdə, cəbhə bölgəsində olurdu. Bizim evdəki kadrlarımıza baxsanız, ad günlərində, bayramlarda – heç birində o yoxdur. Hamısında biz təkik. Çünki o ancaq səngərdə, əsgərlərinin yanında olurdu”.

Şəhidin xanımı Polad Həşimovun Aprel döyüşlərində yaralanmasından da bəhs edib:“Aprel döyüşləri 4 gün davam etdi. 4 gün sonra o mənə zəng etdi ki, hər şey yaxşıdır. Amma sonra 20 gün müddətinə gəlmədi. Evə gələndə yerişində problem olduğunu gördüm. Ancaq yaralanmasını yenə də bizə bildirmədi.

Onun bu həyatına artıq öyrəşmişdim. Onu heç vaxt bezdirmirdim ki, evə niyə gəlmirsən, niyə evdə olmursan deyə. Çünki onu tanıyırdım. O həmişə əsgərlərinin yanında olub”.

O.Salmanova 12 iyul hadisələrini belə xatırlayıb:“Biz həmin vaxt Şəmkirdə idik. Axrıncı dəfə Poladla iyunun 29-da ayrılmışdıq. Bizi yola saldı, işə tələsdi. Bir neçə dəfə telefonla danışmışdıq. 12 iyuldan sonra onunla danışa bilmədik. Polad telefon işlətmirdi, bizimlə özü əlaqə yaradırdı. Gördük ki, bir neçə gün keçib mesajlarımıza cavab vermir. Sən demə, bu hadisə baş verib. Bizim üçün çox qəfil oldu”.

Ofelya Salmanova Polad Həşimovla təxirə salınan toy tarixindən də danışıb:

“Bizim toyumuza çox az qalmışdı. Amma gəlib dedi ki Türkiyəyə təhsil almağa getməlidir. O, hər şeyi ləğv etdi və təhsil almağa getdi. Onun vətənpərvərlik hissi o qədər güclü idi ki, o, şəxsi məsələlərinin üstündən xətt çəkə bilirdi və çəkdi də”.

635x100

Şərhlər

Aslanov Iltifat 2020-07-28 13:49:18

Teklif ediremki,sheherimizin gotkemli yerlerinin birinde gorkemli serkerdemizin heykeli ucaldilsin.Bu onun unudulmaz xatiresine en boyuk qiymet olardi.Allah rehmet elesin Size cenab general

müəllim 2020-07-28 12:36:39

Sağlığında qiymət verin insanlara Polad kimi oğullar xalqdan gedir Mərd igid vətənpərvər

Eko 2020-07-28 10:24:05

Allah rehmet elesin ((( Hayif ki,bele itqileri tez yaddan cixartiruq ((( Cox tez ,,, Ireli qedib hayifimizi Zakir almadi!!!!

Eldəniz 2020-07-28 09:54:56

Allah yerini cənnət eləsin ...Sən əsl insanlıq və vətənpərvərlik nümunəsi qoyub getdin ...Səninlə bütün Azerbayacan fəxr edir . Qəbrin nurla dolsun böyük sərkərdə ...

Konul 2020-07-27 21:02:08

Allah shedlerimize rehmet elesin.Allah size ve qenerslimizin ANASINA sebr versin.Allah sizi balalarinizla sevindirsin

X 2020-07-27 16:23:55

Generalimiz evden getmedi Elden memleketden her bir Azerbaycan vetendasinin evinden canindan getdi.

Nəzakət 2020-07-27 14:57:31

Allah səbr versin! Amma insanın qəlbini təəssüf hissi didir. Heyif sağlığında belə igidi tanımamışıq! inşAllah məkanı cənnətdir

Özgür 2020-07-27 13:45:02

Allah rəhmət eləsin, Allah xalqımıza səbr versin!

Sizin kimi dərdli 2020-07-27 11:15:38

Allah şəhidimizə rəhmət eləsin! Sizə, övladlarına, valideynlərinə və bütün sevənlərinə, sevdiklərinə güc və səbr versin

Gulsən 2020-07-27 10:10:25

Allah cənnətin qapısını bütün şəhidlərimizə ucun açsın o dünyaların versin Polad Həşimov hamımızin generalı idi biz onu unutmayacagiq Allah Ofeliya xanıima səbr bersin

Son yazılar