Menu

"İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir" - PA rəhbəri

27.07.2020, 10:33
"İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir" - PA rəhbəri

“Müxtəlif gərginliklərdə başqa ölkələrin milli suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək İranın rəsmi mövqeyidir”.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə telefonla danışığında bildirib.

M.Vaizi pandemiya dövründə Tehran-Bakı əlaqələrini ortaq maraqlar çərçivəsində inkişaf etdirmək üçün daha çox fəaliyyət göstərməyin vacib olduğunu vurğulayıb.

O, İran və Azərbaycan arasındakı yaxşı münasibətlərin bölgədəki ölkələr üçün nümunə olduğunu da qeyd edib: “Qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün iki ölkədəki potensiallardan istifadə edilməsi vacibdir”.

Şərhlər

X 2020-07-27 16:14:30

Vay be Allahim Qarabagdan nankor qansumuz Irana baxaydim InsAllah

Xalq 2020-07-27 14:04:06

inanan daşa dönsün.

Azərbaycanlı 2020-07-27 12:20:44

Əgər İran Azərbaycanın suverənliyini dəstəkləyirsə,o za körpülər,yollar inşa edir və həmin yollarla Ermənistana silah,sursat və digər mallar çatdırır.Bunu necə alamaq mümkündür?Hansı haqla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan üçün silah-sursat,digdaşıyır? Bu piyakarlıq deyilmi?.ər mallar

VƏLİ 2020-07-27 11:11:33

SÖZDƏ. ƏMƏLDƏ İSƏ TAM ƏKSİNİ GÖRMƏMƏK KORLUQDUR.

ejder 2020-07-27 11:07:41

MALADES,DAWIYIN QARABAQI OUMUNA KIMI,MEQAMDU

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol