Menu

Oğuza istirahətə gedənlər cərimələndi

27.07.2020, 18:32
Oğuza istirahətə gedənlər cərimələndi

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində müvafiq tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılıb, yoxlanış zamanı bəzi sürücü və sərnişinlərin xüsusi karantin qaydalarını pozaraq, istirahət məqsədilə rayona gəldiyi aşkar edilib.

Qaydaları pozduqları üçün 4 nəfər barəsində protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol