Menu

TÜRKİYƏ HƏRBÇİLƏRİ BAKIDA - Video

28.07.2020, 11:12
TÜRKİYƏ HƏRBÇİLƏRİ BAKIDA - Video

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Bakıya gəlməsi münasibətilə təntənəli qarşılanma mərasimi olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təlimlərə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.

Şərhlər

Mahir 2020-07-28 15:02:22

Can Türkiyə Can Azərbaycan. ALLAH sizi var eləsin. O gün gələcək Cənubdakı qardaşlarımız da bizə qoşulacaq.

Xalq 2020-07-28 14:27:30

Əziz Türk qardaşlarımız öz vətəninizə xoş gəlmisiniz!

Eko 2020-07-28 13:01:46

Shûkrler cox shûkrler !!!!!

Cavan 2020-07-28 12:22:53

ƏZİZ QARDAŞLARIMIZ AZƏRBAYCANA XOŞ GƏLMİSİNİZ.1918-Cİ İLİN 15 SENTYABRINDA OLDUÖU KİMİ SİZİN GƏLİŞİNİZ BİZİM ÜÇÜN ƏN ƏZİZ GÜNDÜR.ALLAH AZƏRBAYCAN TÜRKİYƏ XALQLARINI VAR ETSİN.

Şaiq 2020-07-28 11:37:29

Əziz qardaşlarım, qədəmləriniz uğurlu olsun. Şanlı Türk Ordusunu, Ay Ulduzlu Qırmızı Bayrağı Azərbaycanda görmək bizlərə çox xoşdur. Uğurlar arzulayırıq.

t.ədalət 2020-07-28 11:16:36

Allah Türkiyəni daima var eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol