İsveç Krallığının rəsmi və qeyri-rəsmi xəbər agentlikləri Ermənistan-Azərbaycan qarşıdurmasından yazıblar.
Agentliklər xəbəri son Ermənistan-Azərbaycan qarşıdurmasında Tovuz rayonunda evinə zərər vurulmuş azərbaycanlı qadının fotosu ilə yayımlayıblar. İsveç mediası bununla da diqqəti Azərbaycan tərəfinə çəkməyə çalışıb.
Daha sonra xəbərdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin konfliktlə bağlı telefon danışıqlarına da yer ayrılıb.
Məsələ ilə bağlı İsveçdə yaşayan azərbaycan əsilli siyasətçi Turan Əliyev fikirlərini bölüşüb.
“Avropanın nüfuzlu qəzet və saytlarının Azərbaycanın haqq səsi haqqında real məlumatları yaymaqları göstərir ki, Avropada münaqişəyə düzgün baxış formalaşıb. Burada həm də münaqişəyə siyasətdən daha çox, insan hüquqları nöqteyi-nəzərindən yanaşma var. Əvvəllər heç bir zaman bu cür şəkillərə mediada rast gəlmək olmurdu. Ermənilər bir çox halda Xocalıda törətdikləri soyqırımı öz faciələri kimi təqdim edirdilər. Soyqırı zamanı çəkilən fotoları özlərinə aid olduğunu yazırdılar”.
Qeyd edək ki, İsveçdə erməni diasporu və millətçi partiya cəmiyyətə belə informsiya yayırdılar ki, guya Azərbaycan dövləti erməni kəndlərini bombalayır, sivilləri hədəf alır. Bu foto rəsmi sübutdur. Bir də İsveçdə yaşayan azərbaycanlılar Tovuzda baş verənlərlə bağlı bir nəfər kimi birləşmişdilər. Onlar istər partiyalar, istər sosial media, istərsə də hökumət orqanlarına kütləvi surətdə müraciətlər, bildirişlər yazaraq real vəziyyəti ortaya qoymağa çalışırdılar. Artıq İsveç mediası real mənzərəni ortaya qoymaqdadır. İnformasiya təbliğatında düşmənin planları fiaskoya uğramaqdadır.
Elnur Eltürk


Şərhlər