Menu

Özbəkistan və Türkiyə əmtəə dövriyyəsini $5 milyarda çatdıracaqlar

30.07.2020, 00:04
Özbəkistan və Türkiyə əmtəə dövriyyəsini $5 milyarda çatdıracaqlar

Özbəkistan və Türkiyə yaxın perspektivdə əmtəə dövriyyəsini 2,5 milyard dollardan 5,0 milyard dollara qaldırmaq niyyətindədirlər. 

Bu barədə iyulun 28-də Ankarada Özbəkistan Baş nazirinin müavini Sardor Umurzakov və Türkiyənin ticarət naziri Ruxsar Pekcan danışıblar. Xəbəri Özbəkistanın investisiya və xarici ticarət Nazirliyinin mətbuat xidməti yayıb.

«Müzakirələrin gedişində Özbəkistan və Türkiyənin iqtisadi həmkarlığının strateji xarakteri qeyd olunub. Bu münasibətlərin miqyası son illər yüksəliş əzmi nümayiş etdirir: 2019-cu ildə əmttə dövriyyəsinin həcmi 2,5 milyard dollar təşkil edib və əvvəlki illə müqayisədə 22,7 faizlik artım göstərib. Tərəflər qısa müddətli perspektivdə pandemiyanın təsirinə baxmayaraq, qarşılıqlı ticarətin həcmini 5,0 milyard dollara çatdırmaq istiqamətində canatmanın olduğunu təsdiqləyiblər» - press-relizdə belə deyilir.

Müəyyən edilmiş məqsədlərə nail olmaq üçün tərəflər pereferensial tiarət Sazişi layihəsinin razılaşdırılmasını tezləşdirməlidirlər.

Umurzayev xatırladıb ki, cari ilin yanvar ayında Daşkənddə Qırğızıstanın, Türkmənistanın, Azərbaycanın, Gürcüstanın və Özbəkistanın dəmir yol administrasiyası yük daşımaları üçün 50 faizdən 70 faizə qədər tarif güzəştini nəzərdə tutan protokol imzalayıblar.

Özbəkistanlı Baş nazir müavini Türkiyəyə də bu sənədə qoşulmaq imkanlarına baxmağı təklif edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol